Icma.az
close
up
RU
20 Oktyabr Zəngilan Şəhəri Günü: qələbə, dirçəliş və qürur günümüz

20 Oktyabr Zəngilan Şəhəri Günü: qələbə, dirçəliş və qürur günümüz

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

20 oktyabr tarixi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir – bu gün Zəngilanın azad olunduğu, 27 illik işğala son qoyulduğu gündür. 2020-ci ilin həmin möhtəşəm payızında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq bir Zəfər yazdı. Zəngilanın azad edilməsi yalnız hərbi qələbə deyil, eyni zamanda milli birliyin, xalq–ordu–dövlət birliyinin rəmzinə çevrildi.

Zəngilan — Azərbaycanın cənub-qərbində, təbiəti, coğrafiyası və strateji əhəmiyyəti ilə seçilən bir bölgədir. Oxçuçay sahilində yerləşən bu qədim diyar həm tarixi, həm mədəni, həm də mənəvi baxımdan xalqımız üçün əvəzsiz dəyərə malikdir. İllər boyu düşmən tapdağı altında qalan bu torpaq indi yenidən həyatla nəfəs alır, yeni infrastruktur layihələri, müasir şəhərsalma prinsipləri ilə bərpa olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan bu gün yenidən doğulur. Burada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur, yeni yollar, məktəblər, xəstəxanalar, hava limanı və yaşayış massivləri inşa edilir. Bu, sadəcə bərpa deyil — bu, gələcəyə yönəlmiş müasir inkişaf modelidir.

Zəngilan həm də təbiət incisi, ekoloji baxımdan unikal bir məkandır. Buranın meşələri, dağları, çayları və sıldırım qayaları əsrlərlə bu torpağın zənginliyindən, qədimliyindən xəbər verir. Bugünkü bərpa işləri zamanı təbiətin qorunması, ekoloji tarazlığın bərpası əsas istiqamətlərdən biridir.

Bu gün Zəngilan təkcə bir şəhər deyil, azadlığın, dirçəlişin və milli qürurun simvoludur. Hər bir azərbaycanlı üçün bu tarix unudulmazdır. 20 Oktyabr – Zəngilan şəhəri Günü xalqımızın qəlbində əbədi Zəfər Günü kimi yaşayacaq.

Zəngilanın yenidən qurulan küçələrində bu gün uşaq gülüşləri səslənir, şəhidlərimizin ruhu rahatlıq tapır, Azərbaycan xalqı isə gələcəyə inamla baxır. Bu torpaqlarda yenidən həyat var – azad, müstəqil və qüdrətli Azərbaycanın həyatı.

Zəngilan – Qələbənin, Yenidən Doğuluşun və Əbədi Qürurun şəhəri!

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri