Icma.az
close
up
RU
Qoz qızıla dönüb, xəbəri yox müştərilərin : Bu 200 faizə qədər bahalaşma deməkdir

Qoz qızıla dönüb, xəbəri yox müştərilərin : Bu 200 faizə qədər bahalaşma deməkdir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.



Ölkəmizdə bayramqabağı qiymətlərin bahalaşması artıq bir növ ənənəyə çevrilib. İstər Yeni il, istərsə də Novruz bayramından bir neçə həftə öncə bayram günlərində daha çox tələb görən məhsullarda ciddi qiymət artımları özünü göstərir.

Bu il həm Novruz, həm də Ramazan bayramı eyni ərəfəyə düşür. 

Hazırda bazardakı vəziyyət nə yerdədir?


 Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycanda bayram öncəsi bir sıra xüsusi növ ərzaq və kənd təsərrüfatı məhsullarına tələbat artdığına görə qiymətlər bahalaşıb: 


“Bunu ilk növbədə çərəzlərin qiymətində müşahidə edirik. Adi günlərdə 5-6 manat arasında satılan bir kilo qozun qiyməti hazırda 10-12, bəzi yerlərdə isə 15 manata qədər bahalaşıb. Bu 200  faizə qədər bahalaşma deməkdir. Fındığın da qiymətində müəyyən qədər bahalaşma müşahidə olunur. Təxminən 10 gün bundan əvvələ kimi bir kilo fındıq dörd manat 50 qəpiyə təklif olunurdusa, hazırda fındığın qiyməti 7 manata qədər bahalaşıb. Bununla bərabər, ət və ət məhsullarında, xüsusilə də balıq məhsullarının qiymətində ciddi bahalaşma müşahidə edilməkdədir. Balığın qiymətinin bahalaşmasın bir sıra mövsümi səbəbləri olsa da, bayram ərəfəsində bahalaşma, daha da çox diqqətimizi cəlb edib. Kütüm balığının qiyməti bir kiloqrama görə 10 manatdan 30 manata qədər yüksəlib. Mal və quzu ətinin qiymətində isə ciddi artım müşahidə edilmir. Ümumi ölkə üzrə orta qiymət götürəndə qiymətlər demək olar ki, əvvəlki günlərlə eyni səviyyədədir”. 


Ekspertin sözlərinə görə hazırda quzu ətinin bir kiloqramı bazarda 21 -22 manata, mal ətinin qiyməti isə 15  -16 manata təklif olunur:

“Yəni bu, əvvəlki ayla müqayisədə ciddi bahalaşmaya səbəb olmayıb. Düyünün qiymətində 5-10 faiz arasında artım var. Hazırda Novruz bayramı Ramazan ayına təsadüf etdiyinə görə, əsasən istehlak tələbi o qədər də yüksək deyil. Yəni Ramazan ayında əsasən insanların qida üzrə istehlak tələbi yüksəlmir və xüsusi təmtəraqlı bayram şənlikləri keçirilmir. Nəticə etibarilə də tələb əvvəlki Ramazan ayına təsadüf etməyən Novruz bayramları ilə müqayisədə o qədər də bahalaşma müşahidə edilmir. Burada Ramazan ayının da rolunu xüsusi qeyd etmək lazımdır. Böyük ehtimalla biz daha çox bahalaşmanı Ramazan bayramıərəfəsində müşahidə edə bilərik. Həmin ərəfədə qiymətlərdə müəyyən qədər artımlar müşahidə olunması mümkündür. Digər bir tərəfdən isə Ramazan ayında toy və şənliklərin də sayında ciddi şəkildə azalma baş verir. Lakin müəyyən mənada bəzi məhsulların qiymətində bahalaşma var”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri