Icma.az
close
up
RU
Qızıl niyə qızıla dönüb?

Qızıl niyə qızıla dönüb?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər bazarda qızılın qiyməti gündən-günə artmaqdadır.

Bunun səbəbini isə müxtəlif amillərlə izah edirlər. Hətta daxili bazarda bu bahalaşmanı payız mövsümündə toy mərasimləri ilə bağlı qızıla tələbatın artması ilə də əlaqələndirirlər. Neftin qiymətində isə ucuzlaşma müşahidə edilmir. 

Belə olduğun təqdirdə qızıl niyə davamlı şəkildə bahalaşır?

Məsələ ilə bağlı REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”a bildirib ki, dünyada qızılın qiymətinin bahalaşmasına çox sayda faktorlar təsir edir:

“Fərqli faktorlarla bağlı qızılın qiyməti bahalaşdıqca, Azərbaycan da idxalçı ölkə olduğu, həm də daxili bazarda dünya bazar qiymətlərini nəzərə aldığı üçün ölkəmizdə də bahalaşır.

Səbəblər həm geosiyasi gərginliyin azalmaması, müharibələrin davam etməsi, Yaxın Şərqdə olan gərginlik, Rusiya-Ukrayna müharibəsi kimi təlatümlü zamanlarda investorlar qızıla güvənli “liman” kimi baxırlar.

Yəni öz vəsaitlərini daha çox qızılda saxlamağa üstünlük verirlər ki, təlatümlərdə itkisiz çıxsınlar. Bu da qızılı bahalaşdırır. Digər bir səbəb də odur ki, ABŞ-də seçkilərin keçirilməsinə az bir zaman qalıb, bir neçə gündən sonra seçkilər olacaq.

Seçkidə Trampın qalib gəlmə şansları yüksək qiymətləndirilir. Tramp isə birinci prezidentlik dövründə də ucuz dollar siyasəti yürüdürdü və dolların məzənnəsinin digər valyutalara nisbətən ucuzlaşmasını istəyirdi ki, ABŞ iqtisadiyyatı daha rəqabətli olsun.

İstehsal və ixrac daha sərfəli olsun. Ona görə də dollar ucuzlaşdıqca dünyada son 40-50 il ərzində qızıl bahalaşır. Bir çox səbəblər qızılın qiymətinin artmasına səbəb olur. Üçüncü səbəb isə texniki səbəb kimi göstərmək olar.

Bütün dünyanın aparıcı mərkəzi bankalrı, o cümlədən daha çox Rusiya və Çin kütləvi şəkildə, külçələr şəklində, fiziki qızıl (təbiətdə saf şəkildə rast gəlinən əlvan metal) alırlar. Fiziki qızılın alımının bu qədər artması qızıla tələbatı da yüksəldib və iqtisadiyyatın “qızıl qaydası” var. Tələb artdıqca qiymət də yüksəlir”.

Ekspertin sözlərinə görə, əslində neftin qiymətində dəyişikliklər də olur:

“Yəni, neftin qiyməti 80 dollara da qalxdı və indi 73 dollar civarındadır. Neftin hekayəsi başqadır. Çünki neftin qiymətinin bahalaşmasına əsas səbəb İran-İsrail qarşıdurmasının kəskinləşdiyi  dövrdə neftin qiymətləri kəskin artdı.

Ancaq orada indi sabitləşmə baş verib və hər iki tərəfdən qarşılıqlı hücumlar olmayacağı ilə bağlı bəyanatlar verilir. Bu da neftə olan  gərginliyi azaltdı. Bundan başqa, neftdə hasilat yüksək səviyyədədir.

Çünki ABŞ dünyada neft hasilatına görə liderə çevrildi. Gündəlik 13.4 milyon barel gündəlik neft hasilatı var. Neftin hasilatının artması, geosiyasi gərginliyin isə azalması neft qiymətlərinin sabitləşməsinə, hətta bir qədər ucuzlaşmasına səbəb oldu. 

Qızılla bağlı vəziyyət bir qədər fərqlidir.  Böyük ölkələr, mərkəzi banklar da qızıla daha çox maraq göstərir, yatırım edir, ona görə də qızıla olan tələbat qiyməti də yüksəldir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri