Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Bankların keşbek faizləri Yanvar 2026

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qız qızıla dönür: xəbəri yox insanların! ARAŞDIRMA

Qız qızıla dönür: xəbəri yox insanların! ARAŞDIRMA

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

7 oğul istəyənlərin 1-cə qıza qarşı aqressiyasının səbəbi nədir?

...Körpələr abort olunacağını əvvəldən anlayır. Yazmaq, təsvir etmək çox çətindir. Amma yazacam. Döl həkimin alətini hiss edəndə neynir, bilirsinizmi? Uşaqlığın bir küncünə qısılır, gizlənməyə çalışır, dəmir alətlərin ona çatmaması üçün... Alətlər uşaqlığın divarını zədələyə-zədələyə onu axtarır, axtarır, axır ki, həkim maqqaşı onun ayağını, qolunu, bədənini, başını “yaxalayır”! Dartır, qoparır! Parça-parça bətndən çıxarır. Yaradanın insana ən böyük lütfü beləcə qətl edilir. Bundan sonra abort edən həkim də, aborta gedən qadın da həyatına davam edir. Heç nə olmamış kimi...

Çətin günlər bitdi, qarşıda daha çətin günlər var...

Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir. 2021-ci ilin statistikasına əsasən Azərbaycanda 100 qıza 115 oğlan düşürdü. Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3 təşkil edir. Dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür, bu təbiətin yaratdığı tarazlıqdır.

Dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsindən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Yəni indi selektiv abortla bağlı olan çətinlik yaxşın gələcəkdə maksimal dərəcəyə çatacaq.

Cinsi ayrı-seçkilik dünyanın bütün ölkələrində həmişə müzakirə edilən və heç vaxt öz həllini tapmayan bir mövzudur. Valideynlər bəzən bilərəkdən, bəzən də bilməyərəkdən övladları arasında fərq qoyur. Doğulacaq körpənin qız olacağını öyrənən bəzi valideynlər sevinsə də, çoxları bu duruma, sözün həqiqi mənasında, kədərlənirlər. Çox təəssüf ki, bəzi halda bu vəziyyət abortla nəticələnir. Elə bu səbəbdəndir ki, statistik rəqəmlərdə balans fərqi açıq-aydın gözə çarpır. Cəmiyyətin oğlan sevdası gender balansını ciddi formada pozur.

Tələf edilən uşaqların ölkəmizdəki statistikası çox acınacaqlı rəqəmlər ortaya qoyur. Statistik göstəricilərə görə, Azərbaycanda hər il 20 min uşaq abort edilir. Qeyri-rəsmi statistika isə bu rəqəmi 25-27 min arasında dəyişir.

Əgər təcüvüzdən hamilə qalınıbsa...

Bu gün dünyada abortla bağlı dəhşətli statistika var. Körpənin ana bətnində qətl edilməsini tamamilə qadağan edən ölkələr də var, nisbətən məhdudiyyət qoyan da, tamailə azad edən də. Hazırda aborta cinayət kimi baxan ölkələr sırasına Əfqanistan, Banqladeş, Anqola, Venesuella, Qvatamella, Honduras, Misir, İndaneziya, İraq, İran, İrlandiya, Yəmən, Kolumbiya, Livan, Liviya, Mavritaniya, Mali, Nrpal, Nikarauqa, Oman, Paraqvay, Yeni Qvineya, Salvador, Suriya, Çili daxildir. Bu ölkələrdə hakim olan qanuna görə qadının həyatı risk altında olduğu zaman-zaman abort edə bilər.

Tibbi göstəricilərə əsasən və istisna hallarda aborta icazə verən ölkələr sırasında Əlcəzair, Argentina, Boliviya, Braziliya, Qaana, İsrail, Keniya, Kosta-rika, Marokko, Meksika, Niqeriya, Pakistan, Peru, Polşa, Uruqvay var. İspaniyada 1985-ci ildən qüvvədə olan qanuna görə cinsi zorakılıq halı baş verərsə, qadının fiziki və psixi sağlamlığı hamiləliyi davam etdirməkdə çətinlik yaratdığı hallarda aborta rəsmi şəkildə icazə verilir.

Doğum evindəki oğlan sevdası

Maraqlıdır ki, doğum evində tibb bacıları çöldə səbirsizliklə gözləyən kişiyə içəridəki xanımının oğlan doğması barədə daha canfəşanlıqla xəbər verirlər və qızların doğum xəbəri ilə müqayisədə oğlan muştuluğu və ya nəməri daha “ağır” olur. Oğlan analarının doğum evində qaldığı müddətdə xərclədiyi pul da bir az artıq olur. Belə ki, körpəyə qulluq edən tibb bacıları gedib-gəlib “hörmət” gözləyirlər. Evə gəlişi xüsusi təmtəraqla qeyd edilən oğlan övladı ailədə də daha “ağır çəki”yə sahib olur. Bu davranışın nəticəsidir ki, bizim ailələrdə daha çox oğlan uşaqları “ərköyün” olur.

Paltarın, oyuncağın, otağın- ümumiyyətlə hər şeyin daha yaxşısı oğlan övladına aid olur. Aramızda elə valideynlər var ki, işdən evə gələndə birinci oğlu ilə maraqlanır, onun hal-əhvalını soruşur, problemi ilə maraqlanır. Kənarda boynunu bükən, “sırasını gözləyən” qız övladı isə hələ uşaqlıqdan bu davranışın məhz belə olması gərəkdiyini qavrayır.

Düzdür, bu davranışı hər valideynə aid etmək də olmaz, bilirik, övladlarını ayırmayan, qız və ya oğlan olduqlarına fərq qoymayan kifayət qədər valideyn var. Gənc nəsil üçün daha oğlan, qız seçimi yoxdur, çox sevindiricidir ki övladlarının cinsiyyəti arasında fərq qoymayan nəsil yetişir. Əvvəlki nəsil də özələrindən öncəki nəsildən təsirlənərək bu addımı atırdı. Valideynlər adətən “oğlum olmasa, nəslin davamçısı olmayacaq, soyadım itəcək”, kimi düşüncələrlə bunun faciəvi olduğunu fikirləşirdilər. Gənclərimiz isə bunun o qədər də əhəmiyyətli olmadığının fərqindədirlər.

Dölün cinsinin təyin edilməsi qadağan olunmalıdır

Məlumat üçün qeyd edək ki, hazırda mövcud olan qanunvericiliyə əsasən, dölün cinsi məlum olduqdan sonra abort etmək qadağandır, lakin bu məsələnin daha da ciddiləşdirilməsi nəzərdə tutulur. Dölün cinsini müəyyən etmək üçün ultrasəs müayinəsinin qadağan olunub-olunmaması məsələsi selektiv abortun qadağası kimi mübahisəli olaraq qalır.

Ölkəmizdə abort qanunla qadağan deyil, qadının abort olunarkən həyat yoldaşından yazılı icazə alınması məsələsi də qanunla dəstəklənmir. Halbuki bir çox müsəlman ölkəsində, o cümlədən qonşu İranda qadağan olunan abort yalnız ananın həyatı təhlükədə olarsa həyata keçirilir, üstəlik, qadının həyat yoldaşı buna yazılı icazə verməlidir. O ki qaldı abortun ümumiyyətlə ölkəmizdə qadağan edilməsi məsələsinə, belə görünür ki, bu yaxın onillikdə belə mümkün olmayacaq. Milli Məclisin deputatları bunu cəmiyyətin belə qadağaya hələ hazır olmaması ilə əlaqələndirirlər. Amma zənnimcə qadağaya hazır olmurlar, alışırlar...

Dünyada “Qız uşaqları günü” də var...

Hər il oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günü qeyd edilir. Bəli, qeyd edirlər, sevinirlər, qız uşaqlarına sevgidən danışırlar. Bəs görəsən qızını həkim bıçağına doğratdıranlar nə düşünür bu gün?

Hər il dünyada 55 milyon uşaq ana bətnindən doğranaraq xaric edilir. Onların 20 milyonu qeyri-leqal abortlardır. Yəni küncdə-bucaqda, evdə, həyətdə, hansısa fəaliyyəti qadağan qadağan olunmuş həkimin çirkli otağında edilən abortlar... Bu abortların hər il dünyada 70 mindən artıq qadının ölümünə səbəb olduğunu bilirdinizmi?

Edilən abortların əksəriyyəti dölün 12-13 həftəliyində reallaşır. Bu körpənin cinsiyyətinin bəlli olduğu ərəfədir. Yəni daha açıq desəm, cinsinin qız olması körpənin yaşama şansını azaldır və bu da selektiv abort statistikasını yüksəldir.

Bilirəm, çox şey deyəcək bəziləri. Kasıblıq, maddi çətinlik, savadsızlıq, başısoyuqluq - adını hər nə qoyursan qoy, nəticə dəyişmir. Axı arzuolunmaz hamiləlikdən qorunmaq o qədər də çətin və bahalı deyil. Bir az savad, azacıq dərrakə, çox kiçik miqdarda maliyyə. Maliyyə dediyimə baxmayın, bir aborta sərf edilənin yarısı qədər məbləğdən söhbət gedir arzuolunmaz hamiləlikdən qorunmaq üçün 4-5 illik vasitəni əldə etməyə.

Çox şey demək olar, amma deməyəcəm. Qadınlarınızı incitməyn, gəlinlərinizi söyməyin sizə oğul övlad doğmadığı üçün. Bu onun “günahı” deyil, kişinin orqanizmindən qaynaqlanan nəticədir. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır. İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların birinin birləşməsi ilə başlayır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən spermatozoid ilə birləşərsə, doğulan uşaq qız olur. Yox, əgər Y xromosomunu daşıyan spermatozoidlə birləşərsə, uşaq oğlan doğulur. Qısası, uşağın cinsiyyətini müəyyən edən səbəb atadan gələn xromosomdur.

Lalə Mehralı

Yazı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Konstitusiya və Suverenlik İli” çərşivəsində, Azərbaycanda Milli Mətbuatın yaranmasının 150 illik yubileyi münasibəti ilə jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Mart 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see405

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see159

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see156

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see156

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see148

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see145

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see142

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see141

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see135

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see135

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri