Icma.az
close
up
RU
QR kodlu arılar yuvaların sirrini açdılar FOTO

QR kodlu arılar yuvaların sirrini açdılar FOTO

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Pensilvaniya Universitetinin alimləri ilk dəfə olaraq arıların uçuşunuı izləmək üçün onların belinə kiçik QR kodlar yapışdırıblar. Bunun sayəsində arıların yuvadan kənarda nə qədər vaxt keçirdikləri və qida axtarışlarının xüsusiyyətləri haqqında məlumat əldə etmək mümkün olub.

Bakupost.az xəbər verir ki, tədqiqat nəticələri “HardwareX” jurnalında dərc olunub.

Hazırlanmış sistem günəş enerjisi ilə işləyir və altı arı yuvası üçün bir kompleksə cəmi 1500 dollar xərclənir. Bu da onu arıçılar və alimlər üçün əlçatan edir.

"Bu layihə alimlərə arıları insan gözünün çata bilməyəcəyi dəqiqliklə müşahidə etməyə imkan verir", - deyə tədqiqatın aparıcı müəllifi Marqarita Lopez-Uribe bildirib.

Tədqiqatçılar Pensilvaniya və Nyu-York ştatlarında yerləşən altı arı yuvasında 32 mindən çox arını QR kodlarla təmin ediblər. Eksperiment göstərib ki, arıların əksəriyyəti uçuşlarına 1-4 dəqiqə ayırır. Lakin arıların təxminən üçdə biri yuvadan iki saatdan çox müddətə kənarda qalır ki, bu da uzaq məsafələrə qida axtarışı və ya başqa bir məqsəddən xəbər verə bilər. Sistem sayəsində alimlər həmçinin işçi arıların əvvəlcədən düşünüldüyündən daha uzun yaşadığını da öyrəniblər: onlar 28 gün əvəzinə altı həftəyə qədər aktiv şəkildə uçurlar.

Komanda başqa arı növlərinin davranışını öyrənmək və arıçılara master-klasslar keçmək məqsədi ilə tədqiqatlarını genişləndirməyi planlaşdırır. Alimlər həmçinin arıların həqiqətən yuvadan 10 kilometrə qədər məsafəyə uçub-uçmadığını yoxlamaq və ya onların uçuş radiusunun daha kiçik olub-olmadığını aydınlaşdırmaq istəyirlər.

Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Yanvar 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri