QR kodlu davamiyyət sistemi alqışlanmalıdır Eldar Aslanov
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı “Elektron davamiyyət” sistemi tətbiq edilməyə başlanıb.
QR kodun tətbiqi ilə bağll Redaktor.az-a danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov vurğuladı ki, bu yaxşı təşəbbüs və vaxtında atılan addımdır:
"Bilirsiniz ki, bütün qurumlarda, dövlət orqanlarında, universitetlərdə artıq girişdə turniket sistemi tətbiq olunur. Bu, müasir dövrün tələbidir. Ona görə ayrıca bir ştat saxlamaqdansa, bu texnoloji vasitənin tətbiqi ilə binalara giriş-çıxışın reqlamentləşdirilməsi daha məqsədəuyğundur. Yəni bu məktəbdir, dövlət orqanıdır, qurumdur, iş yeridir, ora hər adam istədiyi kimi əlini-qolunu sallayıb gəlib daxil ola bilməz. Bunun təhlükəsizlik tərəfi var, uşaqların sağlamlığına, psixi sağlamlığına təsir edən məsələlər var. Ona görə də mən bunu təqdir edirəm. Nəzərə alsaq ki, ölkədə bütün sahələrdə rəqəmsallaşma inkişaf edir, bu tətbiq yalnız alqışlana bilər".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 20 Aprel 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















