Icma.az
close
up
RU
Qrafiti mədəniyyətə zidd ola bilər SOSİOLOQ DANIŞDI

Qrafiti mədəniyyətə zidd ola bilər SOSİOLOQ DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Qrafiti-divarlar, binalar və digər ictimai məkanlar üzərində çəkilən yazı və ya rəsmlərə deyilir. Son zamanlar ABŞ və Avropada geniş yayılıb və bir çoxlarına görə incəsənət forması hesab olunur. Bəzi qrafitilər həqiqətən də yaradıcı və estetik olduğu üçün küçə sənəti kimi qəbul edilir. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "ABŞ və Avropada qrafitilər bəzən aidiyyəti qurumların icazəsi ilə həyata keçirilir. Lakin bu, hər zaman belə olmur icazəsiz çəkilən qrafitilər də var və bu hallarda vandalizm kimi qiymətləndirilir. Bəzi ölkələrdə qrafiti artıq incəsənət kimi qəbul olunsa da, yenə də qanuni və qanunsuz formaları mövcuddur.

Qrafiti eyni zamanda müəyyən mesaj daşıya bilər. Bu mesajlar siyasi fikir, sosial çağırış və ya şəxsi ifadə formasında ola bilər.

Mən isə hesab edirəm ki, biz bu məsələyə mental baxımdan daha fərqli yanaşmalıyıq. Xüsusilə paytaxtımızın və tarixi abidələrimizin özünəməxsusluğu qorunmalıdır. Məsələn, Nizami Kino Mərkəzinin üzərində qrafiti çəkilməsini qəbuledilməz hesab edirəm. Bu, nə estetik baxımdan uyğun deyil, nə də cəmiyyət tərəfindən qəbul olunacaq bir addımdır.

Əgər buna yol açılsa, sabah İçərişəhərin divarlarında, Qız qalasının və digər tarixi abidələrin üzərində də oxşar yazılar görmək mümkündür. Bu isə şəhər mühitində estetik xaos yaradar və milli-mədəni irsimizə zərər verə bilər.

Digər tərəfdən, hər kəsin əlində boya ilə “qrafiti çəkirəm” adı altında şəhərin müxtəlif yerlərini rəngləməsi doğru deyil. Bir şəxsin yaradıcılığı onun özünə xoş gələ bilər, lakin bu, cəmiyyət tərəfindən qəbul olunmaya bilər.

Qrafiti vasitəsilə siyasi mesajların verilməsi də düzgün hesab etmirəm. Bu cür yanaşma cəmiyyətdə narazılıq yarada və əlavə sosial-siyasi gərginliklərə səbəb ola bilər. Siyasi fikirlərin ifadəsi üçün kifayət qədər platformalar və vasitələr mövcuddur.

Əgər kiminsə rəsm çəkmək həvəsi varsa, bunu ictimai yerlərdə və ya dövlətə, yaxud başqasına məxsus əmlak üzərində deyil, özünə aid məkanlarda həyata keçirməsi daha doğru olar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri