Icma.az
close
up
RU
Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? Mütəxəssislərdən XƏBƏRDARLIQ

Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? Mütəxəssislərdən XƏBƏRDARLIQ

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Qramla ətir satışı bu gün alıcıların tələbatını ödəyən əsas seqment sayılır. Lakin alıcılara təklif olunan məhsulun keyfiyyəti, mənşəyi və tərkibi ilə bağlı fikirlər birmənalı deyil.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanda qramla ətir satışı getdikcə populyarlaşır. İstehlakçılar bahalı və brend ətirləri kiçik dozada və büdcələrinə uyğun ala bilirlər. Bu seçim imkanı cazibədar olsa da, məhsulun keyfiyyəti, tərkibi, sağlamlığa təsiri və nəzarət mexanizmləri sual altındadır.

Əvvəl qramla ətir bazarı daha çox metro keçidlərində və elan saytlarında idi. Son illərdə keyfiyyətli və premium modellər də qramla satışa çıxıb. Lakin keyfiyyətli və keyfiyyətsiz ətri ayırd etmək asan deyil. Dünyada da qramla ətir satışı populyardır. Çünki bu üsul həm istehlakçıya sərfəli seçim imkanı verir, həm də test etmək imkanı yaradır. Lakin keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət etmək vacibdir.

Qramla ətirlər neçəyə satılır?

Azərbaycan ətir bazarında qramla ətirlər 50 qəpikdən başlayaraq 10 AZN-ə qədər satılır. Qiymət əsasən satıcının seçiminə, məhsulun markasına və keyfiyyətinə bağlıdır. Elanların əksəriyyəti brend ətirlərin qramla satışı kimi təqdim olunur. İddia edilir ki, bu ətirlərin qalıcılığı paltarda üç gün, bədəndə isə bir gündür.

Qiymətə gəldikdə isə, 10 ml-lik ətirlər 5 AZN, 20 ml-lik ətirlər 10 AZN, 50 ml-lik ətirlər isə 20 AZN-dən təklif olunur. Bazarda 2-3 günədək qalıcı olan 50 ml-lik ətirləri 12-14 AZN-ə təklif edənlər də mövcuddur. Yəni, bazarda istədiyiniz qiymət aralığında ətir tapmaq mümkündür.

"Ölkəmizdə qramla satılan ətirlərə tələbat yüksəkdir"

Ətriyyatçı Elxan Hüseynov "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, hazırda Azərbaycan ətir istifadəsinə görə öndə gedən ölkələrdən biridir:

"Ölkəmizdə ətrə, xüsusilə də qramla satılan ətirlərə tələbat yüksəkdir. Hazırda qramlıq ətirlər deyəndə təkcə dünya markalarının bənzərləri olan yağ parfümlərin qramlığı nəzərdə tutulmur, həm də dünya brendlərinin öz ətirlərinin qramlıq satışı həyata keçirilir. Buna dekant satış deyilir. Yəni, ətirlər orijinal qablaşdırmadan ayrı, kiçik həcmlərdə satılır".

Rəngi tünd olan ətir keyfiyyətlidir?

Qramla ətir alarkən diqqət edilməli məqamlara gəldikdə, müsahibimiz bildirir ki, bəzi satıcılar məhsulu keyfiyyətli göstərməyə çalışaraq alıcıları manipulyasiya edirlər:

"Ətir fiziki məhsul olmadığı üçün alıcılar çox vaxt nüanslara fikir vermir və ya məlumatlı olmurlar. Qramlıq ətir satanlar isə əksər hallarda ətrin tünd rəngi və ya qatılığı ilə məhsulu keyfiyyətli göstərməyə çalışaraq manipulyasiya edirlər. Məlumatlı alıcını heç bir qeyri-peşəkar satıcı aldada bilməz".

Xərçəng, sonsuzluq, dəri problemləri...

Həmsöhbətimiz deyir ki, keyfiyyətsiz və saxta parfümlərin yaratdığı problem təkcə estetika ilə məhdudlaşmır:

"Saxta parfümlərin tərkibində tez-tez ftalatlar və formaldehidlər kimi zərərli maddələrdən istifadə olunur. Ftalatlar ətir və kosmetikada qoxunun uzun müddət qalıcı olmasını təmin etmək və parfümün "yayılma" xüsusiyyətini yaxşılaşdırmaq üçün istifadə olunur. Ətirlərin az da olsa qalıcı olması üçün mənşəyi bəlli olmayan fiksatorlar əlavə edilir. Ətir uçucu maddələrdən hazırlandığı üçün bu cür zərərli komponentlər havaya yayılaraq birbaşa tənəffüs yollarımıza daxil olur və sağlamlıq üçün ciddi risk yaradır. Respirator xəstəliklərlə yanaşı, xərçəng xəstəliklərinə, sonsuzluğa və müxtəlif dəri problemlərinə səbəb ola bilər".

"Ətri hissiyyat və bilgi əsasında seçmək vacibdir"

Mütəxəssis keyfiyyətli ətir seçməyin sirlərini də bizimlə bölüşdü:

"Keyfiyyətli və təhlükəsiz ətir seçimi üçün müştərilər ətirləri ilk olaraq savadlı satıcı‑konsultantlardan və ya şəbəkə mağazalardan əldə etməlidirlər. Ətri yalnız xarici görünüşünə görə deyil, hissiyyat və bilgi əsasında seçmək vacibdir. Siz ətrin notlarını anlamağa və duymağa çalışmalısınız və impulsiv qərarlardan çəkinməlisiniz. Ətri seçimdən əvvəl dəri və ya kağız‑blotter üzərində sınamaq tövsiyə olunur. Əgər ətrin mənşəyindən şübhələnirsinizsə və qoxuda "yanmış plastik" və ya xoşagəlməz "sirkə" qoxusu hiss edirsinizsə, məsləhətdir ki, ondan uzaq durasınız".

Ən çox çirklənən seqment...

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, parfümeriya bazarı Azərbaycanda ən çox çirklənmiş seqmentlərdən biridir:

"İllər əvvəl bu sahədə fəaliyyət göstərən iri pərakəndə şəbəkələrdən birinin mütəxəssislərinin və laboratoriyalarının dəstəyi ilə parfümeriya bazarı üzrə araşdırma aparmışdıq. Araşdırma nəticəsində ölkənin əmtəə bazarında külli miqdarda qaçaq və mənşəyi məlum olmayan parfümeriya məhsullarının olduğu müəyyən edilmişdi. Bununla bağlı müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılmış, satış şəbəkələri müəyyən edilmiş və zəruri addımlar atılmışdı. Lakin zamanla bazar yenidən çirklənməyə başladı. Hazırda nəinki qramla ətir satanlar, hətta bəzi brend mağazalarla bağlı da istehlakçı şikayətləri mövcuddur".

"Bu sahəyə faktiki olaraq nəzarət edən qurum yoxdur"

Birlik sədri bildirir ki, Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən, parfümeriya məhsulları dəyişdirilməsi və qaytarılması mümkün olmayan mallar siyahısına daxildir. Bəzi biznes subyektləri bu normadan sui-istifadə edirlər: "Bazarın çirklənməsi fonunda qramla ətir satışı da artıb. Brend ətirlərə inamın azalması nəticəsində istehlakçılar qramla satılan məhsullara üstünlük verirlər. Bu sahəyə isə faktiki olaraq nəzarət edən yoxdur. Nazirlər Kabinetinin təhlükəsizliyi təmin olunan mallarla bağlı 343 saylı qərarı artıq 10 ildən çoxdur ki, ləğv edilib. Hazırda parfümeriya məhsullarının tərkibinə nəzarət əsasən gömrükdə sənədlər üzərində aparılır və məhsullar bu şəkildə ölkənin əmtəə bazarına buraxılır. Açıq şəkildə satılan və nəzarətsiz dövriyyədə olan ətirlərin insanların sağlamlığına mənfi təsir göstərdiyi istisna olunmur. Çünki bu məhsullar birbaşa dəri ilə təmasda olur və potensial təhlükə daşıyır. İnsanlar bunu bilmədən müxtəlif sağlamlıq problemləri ilə üzləşə bilərlər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:343
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Fevral 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri