Icma.az
close
up
RU
Статья не опубликована
Qrant dəllallarını bu sektordan uzaqlaşdırmaq asan olmadı QHT sədri

Qrant dəllallarını bu sektordan uzaqlaşdırmaq asan olmadı QHT sədri

Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaranmasından 4 il ötür. Dörd illik fəaliyyətə nəzər saldıqda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində müsbət tendensiyaları görmək o qədər də çətin deyil. Az vaxtda çox iş görülüb. Bu işdə heç şübhəsiz ki, Agentliyin mütəxəssislərdən ibarət peşəkar komandasının böyük rolu var". Bunu "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri elman Cəfərli deyib. Onun sözlərinə görə, yeni mərhələdə QHT sektorunun üzərinə böyük vəzifələr düşür:

"2020-ci ildən sonra yeni bir Azərbaycan doğulub. Qarabağ münaqişəsi tarixə qovuşub. Yeni bir ölkə qururuq. Qalib Azərbaycanın vətəndaş cəmiyyəti də yeni dövrlə ayaqlaşmalıdır.

2000-ci illərdə bu sektorda müşahidə olunan mənfi tendesiyaları: tanışbazlığı, qrupbazlığı aradan qaldırmaq, heç bir sahədə uğur qazana bilməyib QHT sektoruna üz tutan təsadüfi adamları, "qrant dəllallarını" və adı bütün cəmiyyətə bəlli sosial dələduzları bu sektordan uzaqlaşdırmaq asan olmadı. Amma QHT sektorunda həyata keçirilən islahatlarla, tətbiq edilə yeniliklərlə Agentliyin rəhbərliyi, peşəkar komandası bunu bacardı.

Tariximizin yeni mərhələsini yaşayırıq, Qarabağ münaqişəsi artıq bitib. Azad Qarabağa böyük qayıdış başlayıb. Bu mərhələdə QHT sektoru da yeni çağırışlara vavab verməli, dövlət və cəmiyyət həyatında, milli maraqların müdafiəsində, xarici siyasət prioritetlərinin müdafiə olunmasında, cəmiyyəti narahat edən sosial problemlərin həllində daha fəal rol oynamalıdır".

QHT sədri deyib ki, son 5 ildə baş verən mühüm hadisələrdə QHT Agentliyinin də payı var: "Bunu vurğulamaq insanda xoş hisslər oyadır. Çünki bu hadisələrin çoxunda QHT ailəsi olaraq bizlər də iştirak etmişik. Bəzən rəsmi qurumların deyə, həyata keçirə bilmədiklərini "yumşaq güc" olaraq bizlər icra etmişik. Bu mühüm olaylar sırasında heç şübhəsiz ki, Laçın-Xankəndi yolunda 2022-ci ilin dekabrın 12-də başlanmış və 138 gün davam etmiş möhtəşəm dirəniş aksiyasını göstərmək olar.

Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında QHT Agentliyinin səfərbər etdiyi vətəndaş cəmiyyəti fəallığı ilə yadda qaldı.
COP29 dövründə Agentliyin donorluğu ilə Yaşıl Zonada yerli QHT-lər üçün ödənişsiz konfrans zalı fəaliyyət göstərdi. COP29 zamanı həmin Milli QHT Pavilyonunda 54 konfrans keçirildi, bu tədbirlərdə ümumilikdə 2500 nəfərdən çox QHT təmsilçisi iştirak etdi ki, onların da 70%-indən çoxu COP29-da iştirak edən xarici QHT nümayəndələri idi. Bundan başqa, COP29 zamanı Agentliyin xətti ilə QHT-lər üçün 5 beynəlxalq konfrans təşkil olundu.

COP29 çərçivəsində 2024-cü ilin noyabrında Qoşulmama Hərəkatı regionu QHT-lərinin Cənub-Cənub əməkdaşlığı konfransında iştirak edən xarici QHT-lər müzakirələrin yekununda Qlobal Cənub QHT Platformasının yaradılması barədə razılığa gəldi. Bu, QHT Agentliyinin böyük uğuru sayıla bilər".
Elman Cəfərli deyib ki, 4 il ərzində QHT-lərə Dövlət Dəstəyi Agentliyi prezident İlham Əliyevin "bizim ailəmiz Türk dünyasıdır" çağırışına uyğun fəaliyyət sərgilədi, türk xalqları arasında mədəni əlaqələrin güclənməsinə yönəlik layihələri dəstəklədi, sanballı tədbirlər təşkil etdi.

Özbəkistanda keçirilən Əməkdaşlıq Forumu, Bakıda təşkil edilən "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" forumu türk dünyasının vahid QHT platformasının yaranması istiqamətində mühüm addım oldu.
Azərbaycan qalib dövlətdir, ancaq qarşıda yeni milli hədəflərimiz var. Bu sırada Zəngəzur dəhlizinin açılması, xarici ölkələrdə yaşayan soydaşlarımızla mədəni bağların gücləndirilməsi, azərbaycanlıların milli kimlik və ana dili mübarizəsinə dəstək kimi prioritetlər var. Bu mərhələdə də "yumşaq gücə" ehtiyacımız olacaq.
4 ildə aparılan islahatlar sayəsində peşəkar bir QHT cameəsi formalaşmaqdadır. Son illər QHT-lərlə qrantlara dair bütün sənəd işləri yalnız elektron xidmətlər portalı vasitəsilə aparılır. Bu islahat şəffaflığın təmin edilməsinə, peşəkarlığın artmasına, daha keyfiyyətli layihələrin üzə çıxmasına xidmət edib. Artıq QHT cameəsində "Həsən ağanın qohumuyam" prinsipi işləmir. Vaxtilə həyata keçirilən layihənin adını dəyişib yenidən təqdim etmək, hay-küy yaratmaqla, təftişçiliklə nəyəsə nail olmaq dövrü arxada qalıb. Dəfələrlə bəyan edilib ki, təqdim olunan layihələrə qiymət şəxslərə, QHT-nin nüfuzuna görə verilmir. Yalnız kreativ ideyalarla zəngin, cəmiyyətə faydalı olan layihələr qalib elan edilir.

Ümid edirik ki, davam edən islahatlar QHT sektorunda keyfiyyət dəyişikliyini dərinləşdirəcək, QHT-lər haqqında bir zamanlar təsadüfi adamların "xidməti" nəticəsində yaranmış mənfi imic tamamilə aradan qalxacaq, sanballı layihələri ilə dünyaya açıla yeni ictimai təşkilatlar ortaya çıxacaq".

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 19 Aprel 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri