Qrenlandiya sakini ABŞ ın ilhaqına razıdır Əsas milyon dollar almaqdır!
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təklif, təhdid və ideyaları gündəmdən düşmür.
Turkustan.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bir qrenlandiyalı jurnalistlərlə söhbətində maraqlı açıqlama verib. Evsiz olan həmin şəxs 1 milyon dolların müqavilində ABŞ vətəndaşlığını qəbul edəcəyini bildirib. Yəni, Qrenlandiyanın ABŞ-a birləşdirilməsinə razı olduğunu söyləyib.
"Mən evsizəm. Bu təklifi mütləq qəbul edərdim", - deyə 40 yaşlı şəxs ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqı üçün mümkün kompensasiya ilə bağlı təklifinə, bu mövzuda yayılan xəbərlərə münasibət bildirib.
Ada sakini qeyd edib ki, onun üçün əsas məsələ evsizliyə son qoymaqdı və bu olduqca vacibdir. Onun amerikalı və ya qrenlandiyalı hesab olunmasının isə onun üçün heç bir fərqi yoxdur.
Müxbirlər həmçinin kişidən ingilis dilində niyə bu qədər yaxşı danışdığını soruşublar. O, cavab olaraq ingilis dilində deyil, amerika dilində danışdığını bildirib.
Qeyd edək ki, "Daily Mail" qəzetinin məlumatına görə, Prezident Donald Tramp Qrenlandiyanın hər bir sakininə adanın ABŞ-a birləşdirilməsi ideyasını dəstəkləyəcəyi təqdirdə 1 milyon dollar təklif etməyi düşünür. Adanın əhalisi təxminən 57.000 nəfərdir./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 25 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















