Icma.az
close
up
RU
ABŞ ın Panama və Qrenlandiya marağı...

ABŞ ın Panama və Qrenlandiya marağı...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tramp Ağ Evə qayıtdıqdan sonra Vaşinqtonun Panama kanalına və Qrenlandiyaya diqqəti artırıb. Belə ki, Tramp administrasiyasının xarici siyasət proqramında hər iki bölgə həm geostrateji, həm geosiyasi, həm də geoiqtisadi cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Qlobal logistik daşınmaların 6 faizdən çoxunu təşkil edən Panama kanalı Atlantik və Sakit okean arasında yeganə beynəlxalq ticarət marşrutdur ki, ABŞ ilə yanaşı, digər güc mərkəzlərinin gəmiləri də bu kanaldan keçid kimi istifadə edir. Dünyanın ən böyük adası olan Qrenlandiya isə istismar olunmayan enerji resursları ilə zəngin, ən əsası da Arktika ilə Atlantik okean arasında logistik marşrut potensialına malikdir. Bu baxımdan belə hesab etmək olar ki, hazırkı administrasiya ABŞ-ın Panama kanalında və Qrenlandiyada siyasi, iqtisadi və hərbi təsir imkanlarını artırmaq üçün müəyyən tədbirlər görməyə hazırlaşır.

Vaşinqton hərbi mövqeyini möhkəmləndirir

ABŞ Panama kanalı zonasında qoşunlarının sayını artırmaq niyyətindədir. ABŞ müdafiə naziri Pit Heqset Pensilvaniya ştatının Karlayl şəhərində yerləşən ABŞ Quru Qoşunları Kollecində çıxışı zamanı bildirib ki, ABŞ Panama kanalının hər iki sahilində qoşunlarının sayını artıracaq. Xatırladaq ki, ABŞ-ın Panamada hərbi mövcudluğunu genişləndirmək planları barədə P.Heqset aprelin 9-da Panamaya səfəri zamanı elan edib - həmin vaxt hər iki ölkənin hərbçiləri rotasiya əsaslı birgə təlimlər aparırdı.

Eyni  münasibət Qrenlandiyaya da sərgilənir. Xüsusilə vurğulayaq ki, ötən ayın sonunda ABŞ vitse-prezidenti Ceyms Devid Vens, o cümlədən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts, energetika naziri Kris Rayt və respublikaçı senator Mayk Li Qrenlandiyaya səfər ediblər. Onların təyyarəsi Qrenlandiyanın şimalında yerləşən ABŞ-ın  Pituffik aviabazasına eniş edib. Ekspertlər bu səfəri Vaşinqtonun Qrenlandiyada hərbi-strateji mövqeyini möhkəmləndirmək niyyətində olması kimi qiymətləndirirlər.

Hər iki bölgə Tramp üçün niyə bu qədər əhəmiyyətlidir?

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp administrasiyasının həm Qrenlandiya, həm də Panama kanalı ilə bağlı mühüm hədəfləri var. “Hər hansı regionun strateji əhəmiyyəti onun istənilən dövlətin milli təhlükəsizliyində oynadığı roldan asılıdır. Amerikanın coğrafi xəritəsinə baxdığımızda ABŞ-a 3 istiqamətdən təhlükənin gəldiyini görərik. ABŞ - a qarşı real təhlükə cənub - Meksika və Latın Amerikası, şimal-qərb - Berinq boğazı və şimal-şərq - Arktika istiqamətində hiss olunur. Xüsusilə, son zamanlar Arktikada Rusiya donanmasının daha da fəallaşması Vaşinqtonu narahat edir. ABŞ Rusiyanın Arktikada möhkəmlənməsini özünə ciddi təhdid kimi görür. Bu səbəbdən Qrenlandiya ABŞ-ın milli-təhlükəsizlik strategiyasında çox mühüm prioritetlərdən biri hesab olunur. Trampın özü bunu çox yaxşı başa düşür. O ki qaldı Panama kanalının əhəmiyyətinə, hesab edirəm ki, burada geosiyasi və geoiqtisadi faktorları nəzərdən keçirmək lazımdır. Bildiyimiz kimi, Atlantik və Sakit okeanı bir-birinə birləşdirən Panama kanalı qlobal dünyanın ən önəmli logistik və ticarət marşrutudur,” - deyə S.Zahidov əlavə edib ki, Çin gəmilərinin bu kanaldan istifadə etməsi ABŞ tərəfindən birmənalı qarşılanmır: “Çinin Panama kanalında təsir imkanlarının artmasından narahat olan Tramp çıxışlarının birində kanalın Vaşinqtonun nəzarətinə qaytarılmasının vacibliyini vurğulayıb. Qeyd edim ki, bu kanal 1999-cu ilə qədər ABŞ-ın nəzarəti altında olub. 1977-ci ildə ABŞ ilə Panama arasında imzalanmış “Torrixos-Karter” müqaviləsinə əsasən kanal 1999-cu ildən sonra Panama hökumətinin nəzarətinə keçib”.

Tramp hərbi gücdən istifadə edə bilər?

S.Zahidov vurğulayıb ki, ABŞ-ın həm Panama kanalını, həm də Qrenlandiyanı nəzarət altına almaq üçün hərbi güc imkanlarından istifadə etməsi inandırıcı görünmür: “ABŞ müdafiə naziri  Pit Heqsetin Panamaya səfəri zamanı hər iki ölkə arasında təhlükəsizlik sahəsində saziş imzalandı. Bu sazişə görə, ABŞ Panama kanalı ətrafında öz qoşunlarının sayını artıra bilər. Sözsüz ki, Panamanın suverenliyinə hörmət etmək öz yerində qalır. Qrenlandiyaya gəlincə, bu ərazi Danimarkanın qanuni ərazisidir və Danimarka da NATO-nun üzv ölkəsidir. Hər hansı NATO ölkəsinin ərazisində hər hansı NATO ölkəsinin hərbi bazasının olması problem yaratmır. Misal üçün ABŞ-ın Almaniyada hərbi bazaları var. ABŞ-ın Qrenlandiyadakı hərbi bazası Danimarkaya heç bir təhlükə yaratmır. Bəli, Tramp Qrenlandiya məsələsində çox qətiyyətli mövqe sərgiləyir və Danimarkaya təzyiqlər edir, amma Trampın hərbi gücdən istifadə etməsi reallıqdan uzaqdır. Əgər Vaşinqton Qrenlandiyada da qoşunlarının sayını artırmaq fikrinə düşərsə, bu, Danimarka ilə danışıqlar əsnasında həll olunacaq”.

Kopenhagen ABŞ-dan, yoxsa Rusiyadan ehtiyatlanır?

Danimarka Nazirlər Kabineti Baltik dənizi sahilindəki Bornholm adasındakı hərbçilərin sayını artırmaq barədə qərar qəbul edib. Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, Bornholmda yerləşdirilmək üçün 1000 nəfərə qədər ayrıca piyada alayının yaradılması təklif olunur. Danimarka 2033-cü ilə qədər ordusunun sayını 5 min nəfər artıraraq 28 min nəfərə çatdırmağı planlaşdırır. Maraqlıdır, Kopenhagenin təhlükəsizlik tədbirləri ABŞ-a qarşı yönəlib, yoxsa Rusiyaya?  S.Zahidov bildirib ki, burada əsasən Rusiya faktoru nəzərə alınır: “Rusiyanın Kalininqradda böyük hərbi donanmaya sahib olması, xüsusilə də Baltik dənizində hərbi fəallığını artırması Danimarka daxil olmaqla Skandinaviya ölkələrində ciddi narahatlıq yaradıb. Danimarkanın son tədbirləri Rusiyaya qarşı yönəlib”.

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Aprel 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see571

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see319

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see256

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see253

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see220

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see192

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see185

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see185

WhatsApp ın yeni username funksiyasını dayandırdılar

03 İyul 2026 04:37see181

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see170

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 7% artıb

03 İyul 2026 18:41see167

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see165

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see165

Süni intellekt iqtisadiyyata necə təsir edəcək? Ekspertdən açıqlama

03 İyul 2026 18:10see164

Nazilə Səfərli ona mesaj yazanı polisə şikayət etdi Foto

03 İyul 2026 12:37see159

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see159

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see155

Emiliano Martines yenə saçlarında Argentina bayrağı ilə oynayacaq

04 İyul 2026 01:48see153

Ronaldo üçün davam, Modriç üçün tamam Yenilənib

03 İyul 2026 05:15see153

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” FOTO

03 İyul 2026 22:51see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri