Qrenlandiyada pinqvinlərin yaşamadığını “Ağ Ev”dəkilər bilmir? Qalmaqal
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məlum olduğu kimi, 2 gün əvvəl “Ağ Ev”in rəsmi “Facebook” səhifəsində – “The White House”da paylaşılan foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, paylaşımda qarlı, dağlıq bir mənzərədə Prezident Donald Trampın pinqvinlə yanaşı addımladığı, pinqvinin əlində ABŞ bayrağı tutduğu təsvir yer alıb.
Şəklin üzərində isə “Embrace the penguin” (“Pinqvinlə qucaqlaşın”) yazılıb.

Paylaşımdan dərhal sonra minlərlə istifadəçi şərh bölməsində Qrenlandiyada pinqvinlərin yaşamadığını qeyd ediblər.
Qeyd edək ki, bütün bu iradlara baxmayaraq, “Ağ Ev” paylaşımı silməyib və rəsmi açıqlama da verməyib.
Şərh yazanlar həmçinin bildiriblər ki, “Ağ Ev”in rəsmi səhifəsində paylaşım edənlər Qrenlandiyada pinqvinlərin yaşamadığından məlumatsız olublar. Bəzi istifadəçilər qeyd ediblər ki, paylaşımlara Prezident Donald Trampın baş məsləhətçisi və onun çıxışlarını hazırlayan Stephen Miller nəzarət edir.

Məlumat üçün bildirək ki, 1985-ci ildə Kaliforniyada yəhudi əsilli ailədə anadan olan Stephen Miller 2025-ci ilin əvvəlindən Trampın müşaviri vəzifəsində işləyir. Bildirilir ki, Stephen Millerin anasının nənəsi ötən əsrin əvvəllərində Rusiyadan ABŞ-yə köçüb. Miller ABŞ-də ifrat sağçı və immiqrasiya əleyhdarı kimi tanınır.
Murad Məmmədov
Baxış sayı:105
Bu xəbər 26 Yanvar 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















