Qrilişdən içki qalmaqalı “Everton”da cəza
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
İngiltərənin "Everton" klubu yarımmüdafiəçi Cek Qrilişi iki gün ardıcıl spirtli içki qəbul etdiyinə görə heyətdən kənarlaşdırıb. Sport24.az xəbər verir ki, futbolçu oktyabrın 19 və 20-də spirtli içki qəbul etdiyi məkanlarda olub.
Məlumata görə, məşqə icazəsiz qatılmayan Qriliş intizam qaydalarını pozduğuna görə cəzalandırılıb və İngiltərə Liqa Kubokunun "Nyukasl"la matçı üçün iştirak ərizəsinə daxil edilməyib.
31 yaşlı yarımmüdafiəçi "Everton"da "Mançester Siti"dən icarə əsasında çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 8 oyun ərzində 429 dəqiqə meydanda olub və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
"Transfermarkt" portalı hazırda futbolçunun bazar dəyərini 20 milyon avro qiymətləndirir.
Xatırladaq ki, Cek Qriliş 2021-ci ilin avqustunda "Aston Villa"dan "Mançester Siti"yə 117,5 milyon avroya transfer olunub.
Baxış sayı:60
Bu xəbər 01 Noyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















