Icma.az
close
up
RU
Qrip olanlar üçün mühüm xəbər: bunlar ödənişsizdir

Qrip olanlar üçün mühüm xəbər: bunlar ödənişsizdir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Qripin müayinə və müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanır.

Oxu.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyinin məlumatında deyilir.

Bildirilir ki, qrip – virusmənşəli, tənəffüs yollarına təsir edən kəskin infeksion xəstəlikdir. Xəstəlik hava-damcı yolu ilə xüsusilə payız-yaz aylarında geniş yayılır. Qripin əsas simptomları üşütmə, halsızlıq, ümumi zəiflik, yüksək hərarət (38-40°C), baş, əzələ və boğaz ağrıları, öskürək, gözdə sulanma, burun tutulması və ya axmasıdır.

“Qrip diaqnozunu dəqiqləşdirmək üçün həkim xəstəyə kliniki əlamətlərinə görə laborator müayinələr, PCR testi, burun-udlaq yaxması kimi müayinələr təyin edir.

İxtisaslı həkim müayinəsi, laborator müayinələr, burun-udlaq yaxması, PCR testi, ultrasəs müayinə (USM), rentgen, ambulator və stasionar müalicə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.

Qripin müayinə və müalicəsi ilə bağlı bütün tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin doqquz elmi-tədqiqat institutunda həyata keçirilir.

İmmunitet sistemi zəif olan, ürək-damar və diabet kimi ağır xroniki xəstəlikləri olan şəxslər, yaşlı insanlar, uşaqlar və hamilə qadınlar risk qrupu hesab edilirlər. Risk qrupuna daxil olan şəxslərdə qripin fəsadları daha ağır olur. Vaxtında müalicə edilmədikdə qripin arzuolunmaz nəticələr və müxtəlif ağırlaşmalar yaratması mümkündür.

Belə ki, ağırlaşmalar zamanı tənəffüs yollarındakı bakteriyalar asanlıqla qana keçir və toksikoz əlamətlər yaranır. Qrip viruslarının immun sistemə mənfi təsiri nəticəsində yuxarı və aşağı tənəffüs yollarında ikincili bakterial ağırlaşmalar – stafilokok mənşəli ağciyər iltihabı (pnevmoniya: bu zaman irinli bəlğəm xaric olunur), sinusit (burun boşluqlarının iltihabı) və meningit baş verir.

Bu səbəbdən, yüksək hərarət beş-yeddi gündən çox davam etdikdə, hərarətsalıcı dərmanların təsiri olmadıqda, davamlı qusma, güclü başağrıları, ürək ritminin pozulması, təngnəfəslik, boğulma halları, döş qəfəsində darlıq, pnevmoniya, bronxit kimi bakterial infeksiyaların inkişafı müşahidə edildikdə təcili olaraq həkimə müraciət olunmalıdır. Ağırlaşma hallarında stasionar müalicə (xəstəxanada yatış) təyin olunur. Qripin ağırlıq dərəcəsindən asılı olaraq stasionar müalicə 3-10 gün davam edə bilər. Daha ağır hallarda bu müddət uzana bilər”, – məlumatda deyilir.

Qeyd olunur ki, yeni fəslə keçid, hava temperaturunun qısa müddət ərzində kəskin dəyişməsi, bayram günləri səbəbindən ictimai yerlərdə yaranan sıxlıqlar mövsümi xəstəliklərin və qripin əhali arasında yayılmasını artıra bilər:

“Yoluxucu virus və infeksiyalardan qorunmaq üçün sıxlıq müşahidə olunan məkanlarda şəxsi gigiyena qaydalarına əməl etmək, olduğunuz məkanları tez-tez havalandırmaq, immuniteti gücləndirmək üçün bol vitaminli meyvə-tərəvəzlə qidalanmaq və sağlam həyat tərzi vərdişləri formalaşdırmaq tövsiyə olunur.

Hər bir vətəndaşımızı tövsiyələrə əməl etməyə, sosial məsuliyyətlərimizi nəzərə alaraq özümüzü və cəmiyyətimizi xəstəliklərdən qorumağa çağırırıq!”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Mart 2025 01:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see413

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see303

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see293

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see270

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see268

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see262

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see260

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see243

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see222

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see220

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see217

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see213

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see211

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see208

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see201

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see200

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see194

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see194

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see191

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri