Icma.az
close
up
RU
Qripdən sonra qulaq ağrısı varsa mütləq həkimə müraciət etmək lazımdır Otolarinqoloq

Qripdən sonra qulaq ağrısı varsa mütləq həkimə müraciət etmək lazımdır Otolarinqoloq

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Eşitmə itkisi və başgicəllənmə varsa, özbaşına dərman qəbulu qadağandır - ağır fəsad riski var

Gündəlik həyatı kabusa çevirə bilən qulaq ağrısı həm uşaqlarda, həm də böyüklərdə geniş yayılmış sağlamlıq problemidir. Ən çox görülən səbəblər infeksiyalar, orta və xarici qulaq iltihablarıdır. Uşaqlarda orta qulaq infeksiyaları xüsusilə yayılmışdır və çox vaxt yuxarı tənəffüs yollarının infeksiyaları ilə müşayiət olunur, nəticədə narahatlıq, qulaq çəkmə, iştahsızlıq və yuxu problemləri yaranır. Xarici qulaq infeksiyaları isə adətən üzgüçülükdən sonra və ya rütubətli mühitdə inkişaf edir.

Bundan əlavə, qulaq pərdəsinin zədələnməsi, təzyiq dəyişiklikləri və qulaq kirinin yığılması da ağrıya səbəb olan digər amillər sırasındadır. LOR mütəxəssisləri vurğulayırlar ki, qulaq ağrısı həmişə birbaşa qulaqla əlaqəli olmaya bilər: diş ağrısı, sinusit, boğaz infeksiyaları və çənə-çənə oynağı problemləri də qulağa yayıla bilər. Belə hallarda müalicə fərdi yanaşma tələb edir. Çənə əzələlərinin rahatlaması üçün gecə qoruyucuları və ya botoks inyeksiyaları tövsiyə olunur.

Mütəxəssislər valideynləri qulaq təmizləməsi barədə xəbərdar edirlər: Pambıq çubuqları və oxşar əşyalar qətiyyən istifadə edilməməlidir. Qulaq ağrısının müalicəsi əsas səbəbdən asılı olaraq dəyişir. Ağrıkəsicilər və antibiotik damcıları ümumiyyətlə xarici qulaq infeksiyaları üçün istifadə olunsa da, orta qulaq infeksiyaları üçün dərmanlar tətbiq olunur.

Qulaq kirinin yığılmasından qaynaqlanan ağrı üçün endoskop və ya mikroskopla peşəkar təmizləmə zəruridir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, evdə qulaqları təmizləməyə çalışmaq kirləri daha da dərinləşdirə və problemi daha da pisləşdirə bilər.

Otolarinqoloq Nərmin Zeynalova “Sherg.az”a qulaq ağrısının ən əzabverici ağrılardan biri olduğunu bildirib. Qulaq ağrısının orta qulağın infeksiyası xəstəliyi olduğunu xatırladan həkim qeyd edib ki, xəstəlik əksər hallarda yuxarı tənəffüs yollarının infeksiyalarından, soyuqdəymə və qripdən sonra törəyir:

“Qripdən sonra baş verən qulaq ağrılarının əsas səbəbi kimi seroz otit göstərilir. Seroz otit müalicə olunmazsa, irinli otitə keçə bilər. Bu səbəblə qripdən sonra qulaq ağrısı hiss etdiyiniz zaman mütləq həkimə müraciət etmək lazımdır. Bir çox insan qulaq ağrısını ciddi qəbul etmir, “bir azdan keçər” deyərək gözləyir. Amma unutmaq olmaz ki, qulaq ağrısı bəzən orqanizmin verdiyi vacib xəbərdarlıq siqnalıdır.

Bu ağrı orta qulaq iltihabı, qulaq yolu infeksiyası, yevstax borusunun funksional pozğunluğu, sinusit, boğaz problemləri, nevroloji xəstəliklərdə, xoş və bədxassəli şişlərdə, hətta diş və çənə ilə əlaqəli narahatlıqlar zamanı da yarana bilər. Vaxtında diqqət yetirilmədikdə isə ağrı uzana, eşitmədə zəifləmə və digər fəsadlara səbəb ola bilər”. 

Otolarinqoloq vurğulayır ki, qulaq ağrısının səbəbini müəyyən etmək üçün dəqiq diaqnostik üsullar vacibdir. Bu məqsədlə otoskopiya, audiometriya, kəllənin rentgenoqrafiyası və kompüter tomoqrafiyası aparılır. Həmçinin qulaqdan ötürülən möhtəviyyatın, qan analizinin müayinəsi ağrının mənşəyini dəqiqliklə təyin etməyə imkan verir: “Qripdən sonra qulaq ağrısı hiss etdiyiniz zaman həkimə müraciət edənə kimi qulaq ağrısını azaltmaq üçün yerli anestetiklər (qulaq damcıları) və yaxud ağrıkəsici tabletlərdən istifadə etmək olar. Reseptsiz satılan qulaq damcıları ağrıları aradan qaldırmağa və qulaqda iltihabı azaltmağa kömək edə bilər. Qulağa isti kompres tətbiq etmək ağrıları aradan qaldırmağa və iltihabı azaltmağa kömək edə bilər. Bol maye qəbul etmək vücudunuza infeksiya ilə mübarizə aparmağa kömək edə bilər. Lakin eşitmə itkisi, başgicəllənmə və ya digər simptomlarla qarşılaşsanız həkimə (LOR) müraciət etmək lazımdır.

 Travma zamanı bu dərmanların özbaşına istifadəsi qəti qadağandır! Qulağı zədələyən patololi prosesə çox qısa zamanda baş beyin və kəllə sümükləri cəlb oluna bilər, bu səbəbdən ev şəraitində özünü müalicə yolverilməzdir”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Fevral 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri