Icma.az
close
up
RU
Qripdən sonra öskürək niyə keçmir?

Qripdən sonra öskürək niyə keçmir?

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Soyuqdəymə və qripdən sonra keçməyən öskürək insanı xeyli yorur. Bu cür öskürəklər xüsusilə gecə saatlarında tez-tez təkrarlanır. Xüsusən nəfəs darlığı, öskürək və gecə tərləmələri müşahidə olunarsa, həkimə müraciət etmək zəruri ola bilər. 

Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Dr. Hüseyn Tayfun Çağlayanın sözlərinə görə, tip və oxşar yuxarı tənəffüs yolu infeksiyalarından sonra yaranan öskürək ciddi ağciyər infeksiyalarının xəbərçisi ola bilər.

Qripdən sonra uzanan və getdikcə şiddətlənən öskürək sadə bir qıcıqlanmadan daha ciddi problemlərin əlaməti ola bilər.

Həkim qeyd edib ki, xüsusilə üç həftədən uzun sürən öskürək altda yatan bir infeksiyanın göstəricisi ola bilər. Bu vəziyyət nəzarət altına alınmadıqda sətəlcəm kimi ciddi və qalıcı sağlamlıq problemlərinə yol aça bilər.

O vurğulayıb ki, öskürəyə bəlğəm, nəfəs darlığı, gecə tərləmələri, halsızlıq və ya hərarət kimi şikayətlər də qoşularsa, vaxt itirmədən ağciyər xəstəlikləri üzrə mütəxəssisə müraciət edilməlidir.

O, immun sisteminin zəifləməsi ilə bədənin infeksiyalara qarşı daha həssas hala gəldiyini xatırladaraq bildirib ki, müalicə olunmayan ağciyər infeksiyaları ciddi fəsadlara səbəb ola və xəstəxanaya yerləşdirilmə tələb edə bilər.

Çağlayan bəzi qrupların bu dövrdə daha yüksək risk altında olduğunu qeyd edərək xəbərdarlıq edib:

“Siqaret çəkənlər, xroniki ağciyər xəstəliyi olanlar, yaşlı şəxslər və immun sistemi zəifləmiş xəstələr qripdən sonra yaranan və uzanan öskürəyi qətiyyən yüngül qəbul etməməlidirlər”.

Qripdən sonrakı dövrdə immun sisteminin müvəqqəti olaraq zəiflədiyini bildirən həkim bu vəziyyətin bakterial infeksiyalar üçün zəmin yaratdığını qeyd edib.

Erkən diaqnoz sayəsində müalicənin daha uğurlu nəticələr verdiyini qeyd edən Çağlayan, zəruri hallarda antibiotik müalicəsi və dəstəkləyici tədbirlərlə xəstəliyin nəzarət altına alına bildiyini söyləyib. O, öskürəyin sadə bir şikayət kimi görünsə də, altda yatan səbəbin mütləq düzgün şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.

Çağlayan qripdən sonra yaranan öskürək zamanı eşidilən-söylənilən məlumatlara əsasən dərman qəbul edilməməli olduğunu bildirərək deyib:

“Daimi həkim nəzarəti həm düzgün müalicə, həm də mümkün fəsadların qarşısının alınması baxımından böyük əhəmiyyət daşıyır. Erkən müraciət xəstəliyin daha asan müalicə olunmasını təmin edir və həyat keyfiyyətini qoruyur".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Yanvar 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri