Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Xəstəlik 7ci günü keçirsə...Mütləq həkimə müraciət etmək lazımdır

Xəstəlik 7ci günü keçirsə...Mütləq həkimə müraciət etmək lazımdır

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Lazım gələrsə, uşaq əhalisinin kütləvi vaksinasiyası məsləhət görüləcək


Uşaq, gənc, yaşlı, qoca... fərq etmir, əhali arasında qrip və kəskin respirator virus infeksiyaları yayılıb. Əksəriyyət boğaz ağrısı, yüksək hərarətlə başlayan, kəskin öskürək, baş ağrısı, halsızlıqla günlərdir davam edən xəstəlikdən əziyyət çəkir. “Yeni” xəstəliyə ad da tapılıb: “metapnevmovirus”. Əlamətlər bildiyimiz qrip xəstəliyinin əlamətləridir, koronavirusa oxşarlığı da var. COVİD dönəmində koronavirusla tanış olanlar “yeni xəstəlikdən” ehtiyat edir, qorxu və həyəcan keçirirlər. Uşaqlar arasında da xəstələnənlərin sayının artması valideynləri daha da narahat edir. Analar “qızdırmanı aşağı ala bilmirik. Dərman veririk, qızdırma düşür, səhərə yaxın yenidən qalxır. Boğaz şişib, uşağın səsi çıxmır, danışa da bilmir” deyib çarəsizlikdən şikayətlənirlər. Eyni hal orta yaş və yaşlı insanlarda da müşahidə edilir. Lakin Səhiyyə Nazirliyi əhalinin narahatlığına ciddi əsas olmadığını, yayılan xəstəliyin hər hansı yeni virus növü deyil, bildiyimiz qrip – kəskin respirator (yuxarı tənəffüs yollarının iltihabı) xəstəlik olduğunu açıqlamaqla narahatlığa son qoyub. SN-nin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, qeyd olunan əlamətlər kəskin respirator və fəsli qrip infeksiyaları ilə əlaqədardır: "Uşaqlar risk qrupu sayıldığı üçün onlar arasında daha çox yayılıb. Bu viruslardan qorunma yolları ənənəvi üsullardır. Məsələn, koronavirus infeksiyasından qorunma yollarının indiki virus infeksiyalarından qorunma yollarından fərqi yoxdur. Qorunmaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasda olmamalı, qoruyucu maska taxmalı, gigiyena qaydalarına əməl etməli və əhalinin sıx olduğu məkanlardan çəkinməliyik. Xəstə uşaqları evdə saxlamaq mütləqdir. Əgər yüksək bədən hərarəti üç gündən çox davam edirsə, həkimə müraciət tövsiyə olunur". T.Eyvazov son günlər cəmiyyətdə narahatlıq yaradan HMPV virusu ilə bağlı da danışıb: "İnsan metapnevmovirusu" (HMPV) Çində yayılıb. Yeni virus deyil. Respirator virusların bir növüdür. Bu virus illərdir, mövcuddur. Bizdə yayılan virus isə fəsli qrip və digər respirator viruslardır".

Qeyd edək ki, virus infeksiyasına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirib və səhiyyə nazirinin müvafiq əmrinə əsasən ötən il sentyabr ayının 10-dan vaksinasiyaya başlanılıb. Ölkədə qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı olduğu üçün əlavə vaksinlərin alınması nəzərdə tutulmayıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. Nazirlik əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Məlumata görə, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. 


Həkim-terapevt Şahvələd Məmmədov "Sherg.az”a açıqlamasında son vaxtlar yayılan virusların mürəkkəb, qarışıq assoisasiyalı olduğunu dedi: 

- Bu virusun Qazaxıstanda, Rusiyada, Ukraynada, Çində yayıldığına dair məlumatlar var. Çində ümumiyyətlə, kütləvi xarakter alıb. Niyə “Metapnevmovirus” adlanır, çünki qısa zamanda,  24 saat ərzində pnevmaniyaya keçmə xüsusiyyəti var.  Bu xüsusiyyətinə görə təhlükəli hesab edilir. SN tərəfindən bəli, qrip əleyhinə vaksinlər ölkəyə gətirilib, yaşlı insanlar, xroniki xəstəlikləri olanların qrip əleyhinə peyvənd vurdurması məsləhətdir. Həmçinin uşaqların da yaş həddinə uyğun peyvənd olunmaları məsləhətdir. Uşaqlar arasında da respirator xəstəliklər yayılıb, qrip, rotavirus. Lazım gələrsə, uşaq əhalisinin kütləvi vaksinasiyası məsləhət görüləcək. Qorunma üsulları bəllidir. Tibbi maskalardan istifadə etmək, kütləvi yerlərə getməmək, xəstə insanlarla kontaktda olmamaq, təmiz havada gəzinti, gigiyena qaydalarına əməl etmək, bol maye qəbulu və immunitet gücləndirən qidalara üstünlük vermək.

Ş.Məmmədov bildirdi ki, qızdırmanı aşağı salmaq üçün parasitomol tərkibli dərman preparatlarından (Paraferin, Parasitomol) istifadə edilməlidir. Bu cür preparatlar boğazda yanmanı da aradan qaldırır, qızdırmasalıcı preparatlardır: 

-  Antivirus preparatlardan istifadə etmək olar. Məsələn, “Erqaferon”, “Anaferon”, “İnoseda”. Bu xəstəlik adətən 3-5, bəzən 7 gün davam edir. Lakin xəstəlik 7 gündən çox davam edirsə, intoksikasiya artırsa, mütləq həkimə müraciət etmək və döş qəfəsini rentgen etdirmək lazımdır ki, pnevmaniya əlaməti olub-olmadığı bilinsin. Kəskin ağırlaşma baş vermədən qarşısı alınsın, lazımi müalicə aparılsın. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:327
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri