Qripə yoluxma riskini azaltmağın yolları Pediatrdan AÇIQLAMA
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Pediatr Mariya Çaxnaşvili payız və yaz aylarında qripə yoluxma riskini azaltmaq yollarını açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, bu haqda lenta.ru-ya danışıb.
Həkim bildirib ki, xəstələnmə riskini minimuma endirməyin ən əsas yolu gigiyena qaydalarına riayət etməkdir. Əl yumağın vacibliyini xatırladan Çaxnaşvili xüsusilə ictimai yerlərdən, nəqliyyatdan və xəstələrlə təmasdan sonra əllərin sabunla yuyulmasını tövsiyə edib. Əgər bu mümkün deyilsə, antiseptiklərdən istifadə etmək məsləhətdir.
“Əgər bilirsinizsə ki, ətrafınızdakı şəxslərdən biri artıq xəstədir, onunla yaxın təmasdan çəkinin. Əgər görüşməkdən qaçmaq mümkün deyilsə, maska taxmaqdan çəkinməyin”, – deyə pediatr məsləhət verib.
Pediatr həmçinin sağlam həyat tərzi prinsiplərinə riayət etməyi tövsiyə edib. O vurğulayıb ki, yalnız qripdən deyil, digər infeksiyalardan qorunmaq üçün kifayət qədər yuxu, balanslı qidalanma, müntəzəm fiziki aktivlik və stress səviyyəsinin nəzarətdə saxlanması kömək edir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 05 Mart 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















