Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Qripin müayinə və müalicəsi pulsuz aparılır TƏBİB

Qripin müayinə və müalicəsi pulsuz aparılır TƏBİB

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qripin müayinə və müalicəsi ilə bağlı bütün tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda həyata keçirilir.

Bu barədə Modern.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qrip virus mənşəli, tənəffüs yollarına təsir edən kəskin infeksion xəstəlikdir. Xəstəlik hava-damcı yolu ilə xüsusilə, payız-yaz aylarında geniş yayılır. Qripin əsas simptomları üşütmə, halsızlıq, ümumi zəiflik, yüksək hərarət (38-40°C), baş, əzələ və boğaz ağrıları, öskürək, gözdə sulanma, burun tutulması və ya axmasıdır.

Qrip diaqnozunu dəqiqləşdirmək üçün həkim xəstəyə kliniki əlamətlərinə görə laborator müayinələr, PCR testi, burun-udlaq yaxması kimi müayinələr təyin edir.

İxtisaslı həkim müayinəsi, laborator müayinələr, burun-udlaq yaxması, PCR testi, ultrasəs müayinə (USM), rentgen, ambulator və stasionar müalicə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.

İmmunitet sistemi zəif olan, ürək-damar və diabet kimi ağır xroniki xəstəlikləri olan şəxslər, yaşlı insanlar, uşaqlar və hamilə qadınlar risk qrupu hesab edilirlər. Risk qrupuna daxil olan şəxslərdə qripin fəsadları daha ağır olur. Vaxtında müalicə edilmədikdə, qripin arzuolunmaz nəticələr və müxtəlif ağırlaşmalar yaratması mümkündür.

Belə ki, ağırlaşmalar zamanı tənəffüs yollarındakı bakteriyalar asanlıqla qana keçir və toksikoz əlamətlər yaranır. Qrip viruslarının immun sistemə mənfi təsiri nəticəsində yuxarı və aşağı tənəffüs yollarında ikincili bakterial ağırlaşmalar - stafilakok mənşəli ağciyər iltihabı (pnevmoniya: bu zaman irinli bəlğəm xaric olunur), sinusit (burun boşluqlarının iltihabı) və meningit baş verir.

Bu səbəbdən, yüksək hərarət 5-7 gündən çox davam etdikdə, temperatursalıcı dərmanların təsiri olmadıqda, davamlı qusma, güclü baş ağrıları, ürək ritminin pozulması, təngnəfəslik, boğulma halları, döş qəfəsində darlıq, pnevmoniya, bronxit kimi bakterial infeksiyaların inkişafı müşahidə edildikdə təcili olaraq həkimə müraciət olunmalıdır. Ağırlaşma hallarında stasionar müalicə (xəstəxanada yatış) təyin olunur. Qripin ağırlıq dərəcəsindən asılı olaraq stasionar müalicə 3-10 gün davam edə bilər. Daha ağır hallarda bu müddət uzana bilər.

Yeni fəslə keçid, hava temperaturunun qısa müddət ərzində kəskin dəyişməsi, bayram günləri səbəbindən ictimai yerlərdə yaranan sıxlıqlar mövsümi xəstəliklərin və qripin əhali arasında yayılmasını artıra bilər. Yoluxucu virus və infeksiyalardan qorunmaq üçün sıxlıq müşahidə olunan məkanlarda şəxsi gigiyena qaydalarına əməl etmək, olduğunuz məkanları tez-tez havalandırmaq, immuniteti gücləndirmək üçün bol vitaminli meyvə-tərəvəzlə qidalanmaq və sağlam həyat tərzi vərdişləri formalaşdırmaq tövsiyə olunur.

Hər bir vətəndaşımızı tövsiyələrə əməl etməyə, sosial məsuliyyətlərimizi nəzərə alaraq özümüzü və cəmiyyətimizi xəstəliklərdən qorumağa çağırırıq!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:286
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Mart 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see554

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see412

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see401

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see383

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see362

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see361

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see321

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see268

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see258

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see245

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see242

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see236

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see229

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see227

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see209

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see207

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see206

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see206

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see200

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri