Qriqoryan Şoyquya: Artıq Bakı ilə aramızda sülh bərqərar olub
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Avqustun 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
A.Qriqoryan həmsöhbətinə avqustun 8-də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə edilmiş razılaşmaları təqdim edib və əmin olduğunu bildirib ki, regionda bütün region dövlətlərinin maraqlarına cavab verən sülh artıq bərqərar olub.
Qriqoryan regionun nəqliyyat yollarının açılması və bunun nəticəsində təmin olunacaq iqtisadi imkanlardan da danışıb, onların bütün ölkələrin maraqları baxımından əhəmiyyətini vurğulayıb.
S.Şoyqu da öz növbəsində Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilmiş görüşün nəticələrini və gələcək fəaliyyət istiqamətini təqdim edib.
Telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-Rusiya gündəliyi ilə bağlı məsələləri də müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 21 Avqust 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















