Bakı ilə məsləhətləşmələr aparılır Qriqoryan
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan sülh sazişinin imzalanması üçün Azərbaycanla məsləhətləşmələr aparır.
Ölkə.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O bildirib ki, bu məsləhətləşmələr Azərbaycanla diplomatik kanallar vasitəsilə aparılır.
Qriqoryan əlavə edib ki, sülh müqaviləsinin mətni yekunlaşıb və onun imzalanması qalıb.
Sülhün qurulması prosesində tərəqqinin əldə edildiyini qeyd dən Qriqoryan bildirib ki, bütün problemlər həll olunmayıb: “Deyə bilmərik ki, bütün sülh gündəliyi tam yerinə yetirilib, lakin bu məsələdə nəticələr var”.
Qriqoryan sülh sazişinin imzalandığı gün Ermənistanın ATƏT-in Minsk Qrupunu buraxmağa hazır olduğunu bildirib.
Onun sözlərinə görə, Ermənistan Konstitusiyası məsələsində İrəvanın mövqeyi məlumdur.
Sərhədin delimitasiyası prosesinə gəldikdə Qriqoryan deyib ki, bu proses dayanmır.
“Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupları əlaqə saxlayır və irəliləmək üçün işlərini davam etdirirlər.
Biz sərhəd qoşunlarının yerləşdirilməsi və digər ərazilərdə də sabitliyin bərqərar olması üçün delimitasiyanı davam etdirmək üçün Azərbaycanla işləyirik”, - Qriqoryan əlavə edib.
Mürtəza
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 29 May 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















