Qriqoryan Azərbaycanla son razılaşmaları Şoyquya təqdim etdi
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avqustun 21-də Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Rusiya Federasiyası Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qriqoryan avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində əldə edilmiş razılaşmaları həmkarına təqdim edib və əmin olduğunu bildirib ki, bu gün regionda bütün region dövlətlərinin maraqlarına cavab verən sülh artıq bərqərar olub.
Qriqoryan regionun kommunikasiya yollarının blokdan çıxarılması və bunun nəticəsində yaranacaq iqtisadi imkanlardan da danışıb, bunun bütün ölkələrin maraqları baxımından əhəmiyyətini vurğulayıb.
Şoyqu da öz növbəsində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüşün nəticələrini və gələcək gedişatını təqdim edib.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 21 Avqust 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















