Icma.az
close
up
RU
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi (FOTO)

Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi (FOTO)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Quba rayonunun Qrız kəndində "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən "4 mövsüm Qrız” layihəsi çərçivəsində növbəti təlim keçirilib. Tədbir Dövlət Turizm Agentliyinin donorluğu ilə təşkil olunub. Təlimin əsas məqsədi Qrız kəndində turizm sahəsində qadınların rolunun artırılması, eləcə də yerli icma üzvlərinin turizm potensialından düzgün və davamlı şəkildə faydalanmasını təşviq etməkdir.

Qaynarinfo xəbər verir ki, tədbir Qrız kənd sakinləri İlqar Yaqubov və Səkinə Yaqubovanın ev təsərrüfatında yaradılan yerli turizm xidmətləri nümunəsində təşkil olunub. Təlim iştirakçıları kənd turizminin inkişafı, yerli dəyərlərin və resursların tanıdılması, brendləşmə strategiyaları və təbiət-tarix sintezinin təqdimatı ilə tanış olublar. Tədbirdə layihə rəhbəri, "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva layihənin əsas məqsəd və istiqamətləri haqqında məlumat verib: "Biz bu layihə ilə göstərmək istəyirik ki, kəndlərdə, xüsusilə də dağlıq ərazilərdə yaşayan qadınlar turizmin əsas hərəkətverici qüvvəsinə çevrilə bilərlər. Qrız bu baxımdan mühüm nümunədir”.

Təlim iştirakçıları İlqar Yaqubov və Səkinə Yaqubovanın evində yaratdığı muzeydə olublar. İlqar Yaqubov çıxış edərək kənddə turizm xidmətlərinin yaradılmasının əhəmiyyətindən, Qrızın qədim kənd olmasını əks etdirən muzeyi necə yaratdıqlarından və turistlərin bu muzeyə olan marağından danışıb:

"Biz illərdir burda yaşayırıq, amma son vaxtlar gördük ki, kəndimizin təbiəti, mədəniyyəti turistləri cəlb edir. Ona görə də belə bir muzey yaradıb, onu tarixi əşyalarla zənginləşdirdik”. Səkinə Yaqubova isə vurğulayıb:"Əvvəllər ev işləri ilə kifayətlənirdik, amma indi qonaq qarşılamaq, yerli yeməklər hazırlamaq bizim üçün həm də gəlir mənbəyidir. Kəndə gələn turistləri evdə yaratdığımız muzeylə tanış edir, həm də onlara qonaqlama xidməti göstəririk”.

Daha sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dosenti, turizm üzrə ekspert Vüqar Dərgahov tərəfindən təlim aparılıb. Təlimçi ekspert "Kənd turizmi brendinin yaradılması: Qrız – təbiət və tarixin harmoniyası” mövzusunda təqdimatla çıxış edib. Qadınlara kənd turizmi sahəsində fərqli xidmət formaları və onların brendləşdirilməsi barədə praktiki bilgilər verilib: "Qrız kəndi həm təbii gözəllikləri, həm də özünəməxsus tarixi ilə unikal bir məkandır. Bu dəyərləri qoruyaraq brend yaratmaq mümkündür. Əsas məsələ yerli icmanın bu prosesdə aktiv iştirak etməsidir”.

Qrız kəndinə haykinq turuna gələn amerikalı turist Blaque Saur da təlimdə iştirak edib, kənd turizmi haqqında fikirlərini iştirakçılarla bölüşüb. Qrız kəndi nümunəsində xarici qonaqların kənd turizmindən daha fəal istifadə etməsi üçün təkliflərini də səsləndirib. Bildirib ki, kənd və burada təklif olunan turizm xidmətləıri haqqında internet resurslarında daha geniş məlumat verilməsinə, qonaqlama yerlərinin, ictimai iaşə yerlərinin sayının artırılmasına və kənddə turistləri istiqamətləndirən lövhələrin quraşdırılmasına ehtiyac var. "Mən dünyanın bir çox ölkəsində olmuşam. Azərbaycanın təbiəti gözəl, insanları mehriban, mətbəxi çox dadlıdır. Qrız kəndi isə haykinq turu üçün möhtəşəm məkandır”, - deyə xarici turist əlavə edib. 

Təlimin sonunda iştirakçılar arasında müzakirələr təşkil olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb və kənd turizminin inkişafına dair təkliflər səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri