Icma.az
close
up
RU
Qroznıdan Yekaterinburqa Moskvanın terror zəncirinin əsas hədəfi nədir?

Qroznıdan Yekaterinburqa Moskvanın terror zəncirinin əsas hədəfi nədir?

Icma.az, Bakupost saytına istinadən bildirir.


Ötən ilin dekabrında Qroznıda AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması, bu il iyunun 10-da Moskvada azərbaycanlıların yaşadığı bazara hücum, dünən isə Yekaterinburqa azərbaycanlıların yaşadığı 9 ünvana basqın, 5 nəfərin qətli, xeyli azərbaycanlı qadın və kişilərə ağır xəsarətlər yetirilməsi, 50 nəfərdən artıq soydaşımızın həbsi... hamısı bir zəncirin halqalarıdır. Bu "zəncir"in sadalamadığımız xeyli qanlı "halqa"ları da var, uzun onilliklərdən bəri hörülür və yəqin hələ bundan sonra da yeni-yeni "halqa"lar olacaq...

Təyyarəmizin vurulması zamanı olduğu kimi, yenə də Rusiya tərəfinin gətirdiyi "arqument"lər o qədər absurd, o qədər gülünc və iyrəncdir ki, buna balaca uşaqların da inanması mümkünsüzdür. Guya basqın 24 il əvvəl baş verən Yunus Paşayev adlı bir azərbaycanlının qətlinə görədir... Öz vətəndaşlarının qeydinə qalmayan, on minlərlə rusu Ukrayna ilə müharibədə "top əti" kimi qabağa verib məhv edən Rusiya birdən-birə humanistləşib 24 il əvvəl qətlə yetirilən azərbaycanlının taleyinə acıyır, onun "qatillərini" həbs etmək fikrinə düşür? Nonsensdir! FTX-nın növbəti cəfəngiyyatıdır! Təyyarəmizi vuranda da belə bəhanələr uydururdular. Guya quş sürüsü ilə toqquşub! Heç bir gün çəkmədi bu yalanın ömrü!

Digər cəfəngiyyat isə ondan ibarətdir ki, guya Hüseyn və Ziyəddin Səfərovlar həmin qətldə əsas şübhəlilərdir və saxlanılarkən, dərin stress keçiriblər, hər ikisi xəstəxanada ürəktutmasından vəfat edib. Adam heyrət edir, doğrudanmı, dünyanın supergüclərindən sayılan bir dövlətin FTX-sında az da olsa, inandırıcı ola biləcək nağıllar quraşdırmağı bacarmırlar? Yaxşı, tutaq ki, doğrudan da qardaşlar infarktdan ölüb, bəs digər 3 nəfər? Onları kim qətlə yetirib? Onlarla azərbaycanlı qadın və kişiyə xəsarət yetirənlər kimlərdir?

Eynilə Səfərovların işlətdiyi "Kaspi" kafesi haqqında da belə uydurmalar düzüb-qoşurlar: qalmaqallı kafedir, kriminal yuvasıdır, orada tez-tez atışma olub, kafeni heç cür bağlamaq mümkün olmayıb! Qos-qoca Rusiya dövləti 20 ildən çox bir müddətdə balaca bir kafe ilə bacarmayıb. Çox gülməlidir.

Nəhayət, fərz edək ki, doğrudan da Rusiya hüquq-mühafizə orqanları və mediasının iddia etdiyi kimi, Yunus Paşayevin qətlində Səfərov qardaşları günahkardır. (Rusiya İstintaq Komitəsi 9 nəfər Səfərov soyadlı şəxsi günahkar sayır) Məgər bunun üçün evlərə basqın etmək, qadın-kişi demədən hamıya qarşı zorakılıq etmək, insanları qətlə yetirmək lazımdır? "Dərin stress keçirən", "ürəyi xəstə olan" adamları rəsmi şəkildə istintaqa dəvət etmək, lap elə yaşadıqları ünvanlara gedib həbs etmək olmazdımı? Əlbəttə, olardı. Bu, məsələnin ən sadə, ən düzgün və hüquqi həlli yolu olardı! Amma tamamilə fərqli yol tutulub: 24 il əvvəlki qətl bəhanə gətirilərək insanların evinə basqın edilib, onlara divan tutulub, 5 nəfər vəhşicəsinə döyülərək qətlə yetirilib.

Bəs, səbəb nədir? Bu sualın üzərində də çox baş sındırmağa ehtiyac yoxdur! AZAL-ın təyyarəsi niyə vurulmuşdusa, bu qətliam da həmin səbəbdən baş verib: Cənubi Qafqazda Rusiyanın işləri düz getmir. Azərbaycan və Ermənistan Moskvanın iştirakı olmadan sülh müqaviləsi imzalamaq istəyirlər. Bu iki ölkənin rəhbərləri bu yaxınlarda Türkiyəyə səfər ediblər, hansısa razılaşmalar əldə olunub. Azərbaycan Moskvanın istəklərinə cavab vermir, Ukraynaya dəstək verməyə davam edir. Nə etmək lazımdır? "5-ci kalonu" hərəkətə gətirmək, Ermənistanda çevriliş etmək, Azərbaycanı qorxutmaq lazımdır! Rail Rzayevin qətli zamanı da, ADNA terrorunda da məqsəd eyni idi. Amma nəticələr fərqlidir. Rusiyanın hər dəfə törətdiyi belə qanlı hadisələr iki dövləti, iki xalqı daha da uzaqlaşdırır. İtkilərimiz olsa da, son nəticədə ən böyük zərbə elə "Şimal ayısı"na dəyir! Hər belə hadisədən sonra Azərbaycan Rusiyadan bir addım da uzaqlaşır, aradakı məsafə daha da böyüyür! Yenə də belə olacaq!

Zahid, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 İyun 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri