Qu gölü baleti Mariinskiy teatrının aparıcı solistləri tərəfindən ifa olundu FOTO
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında dünya balet sənətinin ən məşhur incilərindən biri olan Pyotr Çaykovskinin əsrarəngiz "Qu gölü" baleti "Mariinskiy" teatrının aparıcı solistləri tərəfindən ifa olundu.
Klassik balet janrında olan tamaşa 3 pərdədən və 4 şəkildən ibarət idi.
Odetta - Odiliya obrazını Sankt Peterburq "Mariinskiy" teatrının prima-balerinası Oksana Skorik, Ziqfrid obrazını Sankt Peterburq "Mariinskiy" teatrının aparıcı solisti Timur Əsgərov, Rotbart obrazını - Əməkdar artist Ağamir Mirzəyev, Təlxək obrazını - Miraydın Abdullayev, Pa-de-trua - Ayan Eyvazova, Liana Praga, Timur Oduşev, balaca qu quşları Yuliya Ferştandt, Leyla Narimanidze, Səbinə Hacıdadaş, Dinara Məmmədova, böyük qu quşları - Liana Praga, Əməkdar artist Elmira Süleymanova, Səbinə Məmmədova ifa edirdilər.
Tamaşanın quruluşçu baletmeysterləri - M. Petipa, L. İvanov, redaksiyası isə A. Qorskiy və Q. Almaszadəyə aiddir. Tamaşanın repititorları - Xalq artisti Mədinə Əliyeva, Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artist Yuriy Lobaçevdir. Dirijor Xalq artisti Cavanşir Cəfərov, tamaşanı idarə edən isə Əməkdar artist Yuriy Lobaçev idi. Konsertmeyster Züleyxa Usubova, tamaşanım rəssamı isə Azərbaycan SSR-in Əməkdar rəssamı Ənvər Almaszadədir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Baxış sayı:32
Bu xəbər 20 Dekabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















