Icma.az
close
up
RU
Sabir Şahtaxtının tarixi Zəfərimizə həsr olunan romanının təqdimatlı keçirilib FOTOLAR

Sabir Şahtaxtının tarixi Zəfərimizə həsr olunan romanının təqdimatlı keçirilib FOTOLAR

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 10-da Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə Prezident Millət Kitabxanasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilən mərasim və Ulu Öndərin əziz xatirəsində ithaf olunan “Duman çəkiləndə” romanının təqdimatı keçirilib. SİA xəbər verir ki, Türkiyə Prezident Millət Kitabxanasının ev sahibliyi ilə iki qardaş ölkə parlamentlərinin deputatları, diplomatlar, elm xadimləri və ekspertlərin iştirak etdiyi tədbirdə Ümummilli Liderin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra sükut dəqiqəsi olub.

Rəsmi açılışda Türkiyə Prezident Kitabxanaları Departamentinin sədri Ayhan Tuğlu, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, Milli Məclisin Azərbaycan-Türkiyə dostluq qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri professor Aygün Attar və romanın müəllifi yazıçı-publisist. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kafedra midiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası, dünyaşöhrətli siyasətçinin formalaşdırdığı dövlətçilik ideologiyası, Azərbaycan-Türkiyə qardaşlığının inkişafına verdiyi töhfələrdən bəhs olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbəni Türk dünyasının həmrəyliyinə tarixi təsirindən bəhs olunub.

Yazıçı-publisist Sabir Şahtaxtının qələmə aldığı “Duman çəkiləndə” siyasi-tarixi romanı haqqında fikir və düşüncələrini ifadə edən natiqlər əminliklə bildiriblər ki, Vətən müharibəsinin bütün əzəmətini özündə əks etdirən əsər hər zaman ədəbiyyatsevərlərin qəlbini oxşayacaq. Natiqlər qeyd ediblər ki, əsər məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyində qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətin tərənnümüdür. Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğanın Vətən müharibəsində Azərbaycana verdiyi siyasi-mənəvi dəstək Türkiyə xalqını səfərbər etmişdir. Roman ümumilikdə Azərbaycan xalqının dövlətçilik arzusunu özündə əks etdirir. Diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyədə görkəmli şəxslər roman barədə yüksək fikirlər söyləyiblər. Akademik Nizami Cəfərov əsərə ön söz yazıb.

Romanın müəllifi Sabir Şahtaxtı nəşrin işıq üzü görməsinə görə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova, həmçinin səfirliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin kollektivinə minnətdarlığını ifadə edib.

Romanın uğurlu tərcüməsindəki töhfələrinə görə dosent Mustafa Karataş və elmlər doktoru Hüseyn Əhmədov səfirlik tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Kitablar müəllifin imzası ilə iştirakçılara hədiyyə edilib.

Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən nadir orijinal fotolardan ibarət sərginin açılışı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Dekabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri