Icma.az
close
up
RU
Dr. Sabir Şahtaxtının “Ulu Turanın həmrəylik notları” mövzusunda təqdimatı olub

Dr. Sabir Şahtaxtının “Ulu Turanın həmrəylik notları” mövzusunda təqdimatı olub

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlikİli” çərçivəsində Pedaqoji Universitetin (ADPU) Quba filialında Qarabağ zəfərinin beşinci ildönümünə həsr olunan dəyirmi masa keçirilib. SİA xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanla yanaşı, Pakistan, Qazaxıstan və Özbəkistan nümayəndələrinin iştirakı ilə keçirilən toplantını giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, fizika üzrə elmlər doktoru, professor Yusif Alıyev bildirib ki, tədbir yeni bir formatda təşkil olunub. Əvvəlcə filialın kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının (Hacıyev) hazırladığı “Ulu Turanın həmrəylik notları” mövzusunda məruzə dinləniləcək, sonra mövzu ətrafında müzakirələr aparılacaq. Filialda davamlı şəkildə təşkil olunan, seminar, təlim və digər təhsil və maarifləndirici tədbirlər barədə ümumi məlumat verən direktor diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyaları rəhbərlik etdiyi təhsil müəssisə və peşəkar kollektiv üçün mənəviyyat mayakıdır.

Məruzədə Turançılıq ideologiyasının ortaya çıxması, XX əsrin əvvəllərində Osmanlı imperatorluğunun və Qacar Xanədanlığının qarşılaşdıqları sıxıntılar, o cümlədən Böyük İpək Yolunun tarixi, müasir dövrdə bu dəhlizin yenidən gündəmə gəlməsi, Türk Dövlətləri Təşkilatının ümumi liderliyi ilə Orta dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin Avrasiya üçün nəfəsliyə çevrilməsi, TRASEKA proqramından Zəngəzur dəhlizinə qədərki zaman kəsimində bölgəmizdə baş verən bütün proseslərə, həmçinin perspektiv layihələrə toxunulub. Monitor üzərində fərli dövrlərə aid xəritələr, sxemlər, real fotolar əsasında fikir və mühakimələrini əsaslandıran məruzəçi bildirib ki, hazırda ulu Turan coğrafiyasında sülh və inkişaf notları eşidilir. Türk dövlətlərinin ortaq milli sərvəti olan bu geosiyasi reallığın müəllifi, yaradıcısı və müdafiəçisi Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı Zəfərdir.

Sonra professor Yusif Alıyev, Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Aziza Koşerbayeva, Cizzax Dövlət Pedaqoji Universitetinin Rus dili fakültələrarası kafedrasının müdiri, pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dosent Cəlalov Marlen, Qərbi Kaspi universitetinin doktorantı, pakistanlı Şeraz Mahmood, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının direktoru, dosent Raqif Qasımov, Quba rayonu Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbin direktoru, Sevil Allahverdiyeva məruzə ətrafından fikir və mülahizələrini bölüşüblər.

Bütün qonaqlar çıxışlarında qeyd ediblər ki, təqdim olunan məruzə qlobal prosesləri özündə əks etdirməklə bərabər ümumilikdə Quba filialındakı intellektual potensialın göstəricisidir.

Qeyd olunub ki, çətin və şərəfli yol keçərək təşəkkül tapanTürk Dövlətləri Təşkilatının önillikləri əhatə edən gündəliyi sülh, inkişaf və birgəyaşayış fəlsəfəsidir. Bu formatda inkişaf platformasının qurucusu 44 günlük Vətən müharibəsində qazanılan şərafətli Zəfərdir.

Çıxışlarda həmçinin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin (ADPU) Quba filialında təşkil olunan “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusundakeçirilmiş V Beynəlxalq Elmi Konfransın yüksək təşkili vəbeynəlxalq ictimaiyyəti düşündürən mövzuların müzakirəsi qlobal təhsil sistemi üçün mühüm əhəmiyyət kəsb edir.

***

Eyni mövzuda və mahiyyətdə daha bir tədbir isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında (ADPU) kurs keçən Qazaxıstan Respublikasından olan təhsil heyəti üçün təşkil olunub. Qarabağ zəfərinin beşinci ildönümünə həsr olunmuş “TURAN YOLUNUN İŞIĞINDA!” mövzusunda elmi-seminar filialdakı Azərbaycan-Özbəkistan Türk dünyasıTanıtım və Kültür Mərkəzində düzənlənib.

ADPU-nun direktoru, qabaqcıl təhsil işçisi, fizika üzrə elmlər doktoru, professor Yusif Alıyev Qazaxıstan heyətiniAzərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi ilə tanış edib. Direktor qonaqlarla səmimi söhbətində diqqətə çatdırıb ki, Qazaxıstana aid belə bir mədəniyyət mərkəzinin qurulması kollektivin ümdə arzusudur.

Seminar Ümummilli Lider Heydər Əliyevin və əziz şəhidlərimizin nurlu xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra Qazaxıstan və Azərbaycan respublikalarının dövlət himnləri səsləndirilib.

Qonaqlar Qarabağ zəfərinə həmrəylik əlaməti olaraq qonaqlar seminarın Azərbaycan dilində keçirilməsini istəyiblər.

Pedaqoji Universitetin Quba filialının kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı təqdimatı böyük maraqla qarşılanıb.

Suallar cavablandırılıb.

Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf dinamikası türk dünyasının birliyində və həmrəyliyində tarixi töhfə kimi dəyərləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Noyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see251

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see221

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see211

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see160

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see142

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see138

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see138

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri