Qubada Avropa Kuboku başa çatıb, Azərbaycan cüdoçularl 18 medal qazanıblar FOTOLAR
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Qubada təşkil olunan yeniyetmə cüdoçular arasında Avropa Kuboku başa çatıb. SİA-nın məlumatına görə, yarışın ikinci - sonuncu günündə daha 8 çəki dərəcəsində qaliblər bəlli olub.
Azərbaycan cüdoçuları bu günü 6 medalla (3 gümüş, 3 bürünc) başa vurublar.
Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq) və Səid Hüseynov (90 kq) gümüş medalla kifayətləniblər.
Məhəmməd Ağakişiyev (73 kq), Sübhan Axundov və Tunar Fərzəliyev (hər ikisi +90 kq) bürünc medala sahib olublar.
Qeyd edək ki, ötən gün Azərbaycan yığması 12 medal (3 qızıl, 3 gümüş və 6 bürünc) qazanıb. Anar Quliyev (50 kq), Zeyd Ələsgərov (60 kq), Nuranə Hacızadə (48 kq) qızıl, Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq), Leyla Ələkbərova (48 kq) gümüş, İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kq), Röyal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) bürünc medala layiq görülmüşdülər.
Yekunda 3 qızıl, 6 gümüş və 9 bürünc olmaqla, ümumilikdə 18 medal qazanan Azərbaycan yığması turnirin komanda hesabında ikinci yeri tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 04 May 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















