Azərbaycan taekvondoçuları Avropa birinciliyində 15 medal qazanıblar FOTOLAR
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Azərbaycanın kiçik yeniyetmə taekvondoçuları Yunanıstanın paytaxtı Afinadakı Avropa birinciliyində 15 medal qazanıblar. SİA xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat verib. Məlumata görə, onlardan beşi qızıl, beşi gümüş, beşi bürünc əyarlıdır.
Əhməd Mürvətov (27 kq), Əsma Abdullazadə (27 kq), Fidan Qafarova (30 kq), Rizvan Abdullayev (30 kq), Cahid İsmayılzadə (52 kq) qızıl, Ayşən Abuzərova (27 kq), Ümid Şahbazov (36 kq), Sübhan Rzayev (40 kq), Fateh Sultanlı (44 kq), Hüseyn İsmayılov (52 kq, "Atlet" TK) gümüş, Vidadi Məmmədli (27 kq, "Altay" TK), Rüqəyya Əliyeva (27 kq, "Nərimanov" İK), Aydan Hüseyinova (30 kq, "İrəvan" TK), Aysu Qəribli (44 kq), Günəş Əzimzadə (52 kq) bürünc mükafata sahib çıxıblar.
Azərbaycan komandası medal sıralamasında da birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, milli komanda ilə yanaşı, 1 gümüş və 3 bürünc medal "Atlet" TK, "Altay" TK, "Nərimanov" İK və "İrəvan" taekvondo klublarının təmsilçiləri tərəfindən qazanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 10 Noyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















