Icma.az
close
up
RU
“Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” uğurla başa çatıb FOTOLAR

“Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” uğurla başa çatıb FOTOLAR

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, “ASAN xidmətin, ICESCO-nun Bakı Regional Ofisinin və “Coca-Cola Azərbaycan” şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Quba Olimpiya İdman Kompleksində dekabrın 14-18-də “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” həyata keçirilib.
Demokrat.az xəbər verir ki, 2025-ci il üzrə “İlin Könüllü”lərinin və “Fəal Könüllü”lərin, həmçinin Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin də könüllülərinin iştirak etdiyi düşərgədə gənclər üçün müxtəlif mövzulu təlimlər, interaktiv sessiyalar təşkil olunub. Düşərgə iştirakçıları “İdeaton” fəaliyyəti çərçivəsində komanda şəklində “beyin fırtınası” sessiyalarında iştirak edərək aparıcı könüllü təşkilatlarının rəhbərləri ilə layihə ideyalarını müzakirə ediblər.
Bununla yanaşı, düşərgənin proqramında asudə vaxtın səmərəli təşkili də diqqət mərkəzində olub. “Suveren” intellektual yarışı təşkil edilib, gil və kətan tablo üzərində ustad dərsləri həyata keçirilib.
Eyni zamanda, düşərgədə Beynəlxalq Könüllülər Mərkəzinə üzv ölkələrin iştirakı ilə “Təcrübə sərgisi” təşkil olunub. İştirakçılar həmin ölkələrin könüllü və gənclər təşkilatları haqqında məlumat veriblər.
Tədbir könüllülər arasında mədəniyyətlərarası dialoqun və dostluğun inkişafına töhfə vermək məqsədilə keçirilib.
Qeyd edək ki, dekabrın 4-də başlayan "Azərbaycan Könüllük Həftəsi 2025" 17 min könüllünün fəal iştirakı ilə başa çatıb. Artıq 7-ci dəfədir keçirilən “Könüllülük Həftəsi” çərçivəsində bu il 5 əsas mövzu üzrə 11 layihə icra olunub və bu layihələr 18 regionu əhatə edərək ölkəmizin hər bir guşəsində sosial təsir yaradıb. Bu göstəricilər könüllü gənclərimizin təşəbbüskarlığının, könüllü fəaliyyətinə göstərilən dövlət dəstəyinin və birgə əməkdaşlığın real nəticəsidir.











Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:342
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri