Icma.az
close
up
RU
Qubada din xadimləri üçün təlim keçirilib

Qubada din xadimləri üçün təlim keçirilib

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə mayın 19-da Quba şəhərində bölgədə fəaliyyət göstərən din xadimləri üçün "Din xadimləri və müasir çağırışlar" mövzusunda təlim təşkil olunub.

525.az-a Komitədən bildirilib ki, din xadimlərinin peşəkarlıq səviyyələrinin, dini maarifləndirmə və auditoriya ilə ünsiyyət bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov geniş təqdimatla çıxış edib.

Təlimçi çıxışında dini maarifləndirmə fəaliyyətinin müasir dövrdə qarşılaşdığı çağırışlardan, cəmiyyətin dini biliklərə artan tələbatından və bu sahədə din xadimlərinin üzərinə düşən məsuliyyətdən bəhs edib. Bildirib ki, dini maarifləndirmə sistemli yanaşma, düzgün metodologiya və yüksək mənəvi məsuliyyət tələb edən fəaliyyətdir. Onun sözlərinə görə, bölgələrdə dini maarifləndirmə sahəsində gələcək fəaliyyətin daha effektiv qurulması üçün istifadə olunan üsul və yanaşmalar davamlı şəkildə təhlil edilməlidir.

E.Məmmədov dini fəaliyyət sahəsində şəxsi nümunənin rolundan da danışıb. O qeyd edib ki, din xadiminin daxili mənəviyyatı, davranışı, insanlarla münasibəti və ədəb-ərkanı onun cəmiyyətdəki nüfuzunu müəyyən edən əsas amillərdəndir.

Bildirilib ki, radikal qruplar xüsusilə gəncləri milli-mənəvi dəyərlərdən uzaqlaşdırmağa və onları cəmiyyətə yad ideologiyaların təsiri altına salmağa çalışırlar. Bu cəhdlərin qarşısının alınmasında din xadimlərinin maarifləndirici fəaliyyəti və cəmiyyətlə düzgün ünsiyyəti mühüm rol oynayır. İslam dini vətənpərvərlik, milli birlik, qarşılıqlı hörmət və dinc birgəyaşayış kimi ali dəyərləri təşviq edir. Əsrlərboyu formalaşmış milli kimlik, zəngin mənəvi irs, adət-ənənələr və tolerantlıq mühiti dini radikalizmə qarşı ən güclü mənəvi dayaqlardan biridir. Bu vəhdətin qorunmasının dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

İnteraktiv formada keçirilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri