Qubada din xadimləri üçün seminar treninq keçiriləcək
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Avqustun 20-21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Qubada din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək.
Metbuat.az xəbər verir ki, bölgənin din xadimləri və dini icma sədrlərinin iştirak edəcəyi “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” adlı seminar-treninqin məqsədi dini fəaliyyətlə məşğul olan şəxslərin peşəkar hazırlığını gücləndirmək, müasir dövrün çağırışları barədə fikir mübadiləsi aparmaq, maarifləndirmə və şəbəkələşməni təşviq etmək, həmçinin hüquqi bilikləri təkmilləşdirmək və kommunikativ bacarıqları inkişaf etdirməkdir.
Seminar-treninqdə müxtəlif aktual mövzularda sahə üzrə ekspertlərin məruzələri dinləniləcək və interaktiv müzakirələr təşkil olunacaq.
Qeyd edək ki, seminar-treninqlərin Masallı, Şəki və Göyçay rayonlarında da təşkil olunması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 18 Avqust 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















