Azərbaycan İdman Akademiyasının struktur rəhbərləri üçün Qubada təlim keçirilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 5 noyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan İdman Akademiyasının (ASA) struktur bölmə rəhbərlərinə Quba Olimpiya Kompleksində təlim keçirilib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, üç gün davam edən təlimdə strateji planlaşdırma prosesi, innovativ idarəetmə yanaşmaları, fəaliyyətlərin effektivliyinin artırılması, eləcə də məqsəd və nəticəyönümlü idarəetmə mexanizmləri mövzularında təqdimatlar edilib və praktiki müzakirələr aparılıb.
Səfərdə həyata keçirilən fikir mübadiləsi nəticəsində Akademiyanın qarşıdakı illər üçün prioritet istiqamətləri və fəaliyyət planları müəyyənləşdirilib.
Səfərin məqsədi Akademiyanın Strateji İnkişaf Planının əhəmiyyətinin müzakirəsi, struktur bölmələrin fəaliyyətlərinin bu plan əsasında qurulması, həmçinin planın icrası istiqamətində təlim və debatların təşkili olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 05 Noyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















