Icma.az
close
up
RU
Qubada ilk: Regional Biznes Sammiti və Regional Expo

Qubada ilk: Regional Biznes Sammiti və Regional Expo

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal transformasiya artıq seçim deyil, strateji zərurətdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Bu sənəd ölkədə rəqəmsallaşmanın sürətlənməsi və biznes mühitinin yeni mərhələyə keçidi üçün əsas istiqamətləri müəyyən edir.

Bu istiqamətdə yaranan imkanlar artıq regionlarda da yeni təşəbbüslərlə öz əksini tapır.

MÜSİAD Azərbaycan, TECHERA və Quba İş Adamlarına Dəstək-QİAD Platformasının birgə təşkilatçılığı ilə Qubada “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti” keçiriləcəkdir.

Azərbaycan Pedaqoji Universitetinin (ADPU) Quba filialının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Azərbaycan Fintex Assosiasiyasının, “Bilim Azərbaycan”-nın, eləcə də müxtəlif şirkətlərin və media qurumlarının tərəfdaşlığı ilə keçiriləcək sammit regionda biznes mühitinin inkişafına və rəqəmsallaşmanın təşviqinə xidmət edəcəkdir.Tədbir 22 May 2026-ci ildə Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində keçiriləcəkdir.

Sammit çərçivəsində ilk dəfə olaraq “Regional Expo” sərgisi təşkil olunacaqdır. Bu sərgi yerli sahibkarların məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi, yeni tərəfdaşlıqlar qurması və investisiya imkanlarını nümayiş etdirməsi baxımından sammitin ən önəmli və fərqləndirici hissələrindən biri olacaqdır.

Tədbir çərçivəsində panel müzakirələri, təqdimatlar və təcrübə paylaşımı sessiyaları keçiriləcək, rəqəmsal iqtisadiyyat, fintex, startaplar və ixrac imkanları əsas müzakirə mövzularını təşkil edəcəkdir.

Sammit dövlət, biznes və akademik dairələri bir araya gətirərək regionların iqtisadi potensialının daha effektiv istifadəsinə və dayanıqlı inkişafına töhfə verəcəkdir.

Sizi Regionun inkişafında aktiv rol almağa və gələcəyi birlikdə qurmağa dəvət edirik.

Qeydiyyat linki: //techera.az/tedbirler/regional-biznesin-inkisafi-ve-reqemsallasma-sammiti/istirak

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 May 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri