Icma.az
close
up
RU
Vaşinqton sammiti regional ümidləri doğrultdu

Vaşinqton sammiti regional ümidləri doğrultdu

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan beynəlxalq arenada geniş təsir imkanları qazanıb

Azərbaycan Prezidentinin ABŞ-a rəsmi səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın daha da dərinləşməsinə mühüm təkan verdi. Bu səfər, həmçinin, Azərbaycan üçün beynəlxalq arenada daha geniş təsir imkanları yaratdı və regional təhlükəsizlik məsələlərində ciddi irəliləyişlərə səbəb oldu. Səfər çərçivəsində Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, ABŞ Prezidenti 907-ci düzəlişin tətbiqini dayandıraraq, Azərbaycan–ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoymuş oldu. 

Səfər çərçivəsində Azərbaycan–Ermənistan münasibətlərində normallaşma prosesi ilə bağlı müsbət dəyişiklər yaşandı. Birgə Memarondum imzalanaraq, sülh sazişinin mətni paraflandı. Bu, regionda uzunmüddətli sülhün və stabilliyin təmin edilməsi istiqamətində vacib bir addım oldu. Həmçinin, regional nəqliyyat əlaqələri, xüsusilə Azərbaycan və Naxçıvan arasında maneəsiz bağlantı məsələləri müzakirə edilərək, bu sahədəki mövcud çətinliklərin aradan qaldırılması üçün konkret addımlar atıldı.

ATƏT-in Minsk Prosesi çərçivəsində birgə müraciət qəbul edilərək, Ermənistan ərazisində yeni kommunikasiya layihələrinin təşkili təklif olundu. Vaşinqton görüşü və orada əldə olunan uğurlar hamının diqqət mərkəzində idi. 

Milli Məclisin deputatı Arzu Nağıyev XQ-yə bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri Prezident Donald Trampın dəvəti əsasında baş tutub: “Bu səfər həm ikitərəfli münasibətlərin inkişafı, həm də regional sabitliyin təmin olunması baxımından tarixi əhəmiyyətə malikdir. Səfərin əsas məqsədlərindən biri Ermənistan və Azərbaycan arasında ABŞ-ın iştirakı ilə sülh müqaviləsinin hazırlanması və bu istiqamətdə bir sıra sənədlərin razılaşdırılması oldu. Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi. Xatırlatmaq yerinə düşər ki, təxminən üç ay bundan əvvəl Şuşada keçirilmiş Qlobal Media Forumda Prezident İlham Əliyev Donald Tramp haqqında müsbət fikirlər səsləndirmiş, onun prezidentliyi dövründə ABŞ-ın heç bir müharibəyə başlamadığını, əksinə, sülh təşəbbüslərinə üstünlük verdiyini qeyd etmişdi. Bu çıxış dövlət başçısının uzaqgörən siyasətinin və gələcək münasibətlərə verdiyi önəmin göstəricisi idi.

Səfər çərçivəsində prezidentlər İlham Əliyev və Donald Tramp Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunu imzalamaları iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinə xidmət edir və yeni mərhələnin əsasını qoyur. ABŞ və Azərbaycan arasında əməkdaşlıq enerji təhlükəsizliyi, ticarət, tranzit və regional bağlantılar, müdafiə və təhlükəsizlik, eləcə də süni intellekt və yeni texnologiyalar sahələrini əhatə edir. Diqqət çəkən mühüm məqamlardan biri də ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi və Azərbaycana dövlət yardımını qadağan edən 907 saylı əlavənin icrasının dayandırılması ilə bağlı sənədin imzalanması oldu. Bu düzəliş uzun illər ərzində ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləmiş, Azərbaycan–Amerika münasibətlərində müəyyən gərginliklərə səbəb olmuşdur. Bu məhdudiyyətlərin aradan qaldırılması ABŞ-ın Azərbaycanla əməkdaşlığa verdiyi önəmin göstəricisidir.

Vaşinqton görüşündə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən birgə Bəyannamənin imzalanması mühüm hadisədir. Görüşlərdə Azərbaycanın vacib tələblərindən biri olan ATƏT-in Minsk Qrupunun ləğv edilməsi məsələsi gündəmə gətirilib, bu istiqamətdə ATƏT-ə birgə müraciət ünvanlanıb. Vaxtilə müharibə nəticəsində Naxçıvanla kəsilmiş əlaqənin bərpası, xüsusilə türk dövlətləri arasında əlaqələrin gücləndirilməsi baxımından Zəngəzur dəhlizi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə də Vaşinqtonda razılığa gəlinməsi uğurlu addım hesab oluna bilər”.

İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirdi ki, Vaşinqton görüşü və bu görüşdə imzalanmış sənədlər Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik cəbhədə qazandığı qələbənin göstəricisidir: “Vaşinqton gündəliyi o qədər zəngin və vacib məqamları əhatə edirdi ki, bu, Azərbaycanın regiondakı qələbəsinin okeanın o tayında da təsdiqi oldu. İmzalanmış birgə Bəyannamə Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin təsdiqi idi. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz quru bağlantının təmin edilməsi ilə bağlı tələbi ən yüksək səviyyədə təminat altına allındı. Beləliklə, Vaşinqton görüşü həm Naxçıvanla quru yolun açılması, həm də sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsi məsələsində Ağ Evdən təminat əldə olunması ilə nəticələndi. Xüsusən də Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüşün dost və səmimi atmosferdə baş tutması beynəlxalq medianın diqqətini çəkdi. Görüşdən bir neçə saat əvvəl Trampın sosial şəbəkə hesabında İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını ikinci dəfə paylaşması Azərbaycan rəhbərinə göstərilən münasibətin aydın təzahuru oldu.

Görüş zamanı Ağ Evin rəmzi açarının Prezident İlham Əliyevə təqdim edilməsi isə xüsusi simvolik məna daşıyır. Açarın təqdim olunması etimad göstərilməsi mənasında işlədilən qədim diplomatik jestdir. Bu addım, ABŞ–Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu və qarşılıqlı inamın gücləndiyini ifadə edir”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçi Mətin Məmmədlinin sözlərinə görə, Ağ Evdə liderlərin imzaladıqları Bəyannamədən aydın olur ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun rəsmi olaraq buraxılması ilə bağlı müraciət ediblər: “ATƏT-in Minsk qrupunun buraxılması məsələsi son illər iki ölkə arasında aparılan danışıqlar prosesində Azərbaycan tərəfindən haqlı olaraq qaldırılan məsələ idi. Biz Ermənistandan tələb edirdik ki, Azərbaycanla birlikdə Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciət edək. Ancaq Ermənistan bu məsələdə qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Nəhayət, Vaşinqtonda imzalanan birgə bəyanamədən aydın oldu ki, Ermənistan Azərbaycanın bu tələbini qəbul edib. Ümid edirəm ki, ATƏT ölkələri onların müraciətini yekdilliklə qəbul edəcəklər.

Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı bizim mövqeyimiz siyasi məntiqə əsaslanır. Əgər münaqişə həll olunubsa, nəyə görə onunla məşğul olmalı olan beynəlxalq institut hələ də qalmalıdır? Yəni münaqişə həllini tapıbsa, bu struktura da ehtiyac yoxdur. 
ATƏT-in Minsk qrupu bölgədə vəziyyəti gərginləşdirməyə, yenidən münaqişə yaratmaq istəyən güc mərkəzlərinin maraqlarına xidmət edirdi. Onsuz da nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra, faktiki olaraq bu qurum fəaliyyət göstərmir və hər hansı bir danışıqlar prosesində rolu olmayıb. İndiki geosiyasi realıqda ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyac yoxdur. Təqdirəlayiq haldır ki, Ermənistan sonda Azərbaycan tərəfinin qaldırdığı bu məsələni qəbul etdi. Bilirsiniz ki, Azərbaycan danışıqlar prosesində son illər Ermənistan qarşısında iki haqlı tələb irəli sürürdü: Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasının dəyişdirilməsi. Artıq bu iki tələbdən biri həyata keçmiş sayılır. Bundan əlavə, Ermənistanın konstitusiyasına dair Azərbaycan tərəfindən irəli sürülən tələblər də ciddi siyasi məqamdır. Bu da uzun müddət davam edən danışıqlar prosesində iki tərəf arasında ciddi razılaşmaların əldə olunmasına səbəb ola bilər.

İstər ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması, istərsə də Ermənistanın konstitusiyasına dair dəyişikliklər, sülhün bərqərar olması üçün mühüm amillərdir. Bu cür məsələlər həqiqətən də iki ölkə arasında sülhün təmin olunmasında mühüm rol oynaya bilər”.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri