Icma.az
close
up
RU
Qubada “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi keçirilib

Qubada “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi keçirilib

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ədliyyə Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin təşəbbüsü ilə Quba şəhərində ilk dəfə “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi təşkil olunub.

Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyət prinsipləri, çoxtərəfli əməkdaşlıq mexanizmləri və qərarqəbuletmə proseslərinin gənclər arasında təşviqini hədəfləyən düşərgə Türk dünyasının müxtəlif regionlarını təmsil edən gəncləri vahid platformada bir araya gətirib. Layihənin əsas məqsədi iştirakçıların diplomatiya, beynəlxalq münasibətlər, liderlik, ictimai çıxış, qərarvermə və dövlət idarəçiliyi sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda Türk dövlətləri arasında əməkdaşlığın gələcək perspektivləri ilə bağlı praktiki təcrübə qazanmalarının təmin edilməsi olub.

Düşərgənin açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, ədliyyə nazirinin müşaviri Tağı Eynullayev, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova və TDT-nin Katibliyinin Layihələr üzrə direktoru Murodjon Mustofoev çıxış edərək layihənin Türk dünyası gənclərinin inteqrasiyası, ortaq dəyərlərin təşviqi və gələcək liderlərin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Düşərgə çərçivəsində iştirakçılar TDT-nin strukturunu və fəaliyyət mexanizmlərini əks etdirən genişmiqyaslı simulyasiya prosesində iştirak ediblər. Simulyasiya zamanı iştirakçılar baş nazirlər, nazirlik və komitə rəhbərləri, vətəndaş cəmiyyəti institutları və media nümayəndələri qismində çıxış edərək çoxtərəfli diplomatik müzakirələr aparıb, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq təşəbbüsləri hazırlayıblar.

Proqram müddətində “Türk dünyasında gənclərin rolu: innovasiya, liderlik və ortaq hüquq sisteminin yaradılmasının perspektivləri”, “Türk dövlətləri arasında əməkdaşlıq və müasir idarəçilik”, “Beynəlxalq danışıqlar və qərarvermə prosesi” və digər aktual mövzular üzrə panel müzakirələri, təlimlər və ekspert görüşləri təşkil olunub. Memorandumların hazırlanması zamanı iştirakçılara müxtəlif dövlət qurumlarının nümayəndələri və müstəqil ekspertlər tərəfindən dəstək göstərilib.

İştirakçılar Azərbaycan Respublikası Milli Məclisinin deputatları Məlahət İbrahimqızı və Tural Gəncəliyev, eləcə də digər dövlət və ictimai sektor nümayəndələri ilə görüşərək Türk dövlətləri arasında siyasi, hüquqi, iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Düşərgənin yekununda iştirakçılar tərəfindən Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ortaq memorandum hazırlanaraq qəbul edilib. Memorandumda gənclər siyasəti, təhsil, hüquq, rəqəmsal transformasiya, mədəniyyət, media, vətəndaş cəmiyyəti və digər istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsinə dair təkliflər öz əksini tapıb.

Layihə yalnız simulyasiya fəaliyyəti ilə məhdudlaşmayaraq iştirakçılar arasında mədəni inteqrasiyanın gücləndirilməsinə də xidmət edib. Düşərgə çərçivəsində Türk dövlətlərinin milli-mədəni irsini əks etdirən sərgi, konsert proqramları, idman fəaliyyətləri, komanda quruculuğu tədbirləri və mədəni mübadilə proqramları təşkil olunub.

30 may tarixində keçirilən bağlanış mərasimində layihə müddətində əldə olunan nəticələr qiymətləndirilib, iştirakçıların hazırladıqları təşəbbüslər təqdim olunub və düşərgənin gələcək inkişaf perspektivləri müzakirə olunub. Çıxış edən rəsmilər layihənin Türk dünyası gənclərinin əməkdaşlığı, liderlik potensialının inkişafı və çoxtərəfli dialoq mədəniyyətinin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Mərasimin sonunda iştirakçılar sertifikatlarla təltif olunub, eyni zamanda müxtəlif nominasiyalar üzrə fərqlənən komandalar və iştirakçılar mükafatlandırılıblar.

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi Türk dövlətlərinin gəncləri arasında əməkdaşlığın inkişafına, ortaq dəyərlərin təşviqinə və gələcək liderlərin hazırlanmasına xidmət edən mühüm platforma kimi yadda qalıb. Layihə çərçivəsində əldə olunan nəticələrin gələcəkdə Türk dünyası gənclərinin daha geniş beynəlxalq əməkdaşlıq təşəbbüslərində iştirakına və TDT-nin məqsəd və prinsiplərinin gənclər arasında daha geniş təşviqinə töhfə verəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 İyun 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see355

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see309

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see304

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see292

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see276

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see274

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see268

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see257

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see252

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see238

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see236

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see233

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see227

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see225

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see221

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see218

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see215

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri