Icma.az
close
up
RU
Qubadlı icra hakimiyyəti 25 şəhidin xatirəsini andı FOTOLAR

Qubadlı icra hakimiyyəti 25 şəhidin xatirəsini andı FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 6 avqust 2025-ci il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19-cu məhəllədə hazırlanmış şəhidlərimizin xatirə baralyefinin qarşısında 1992-1993-cü il avqust tarixində Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 25 nəfər şəhidimiz, 12 nəfər hərbçi şəhid, Milli qəhrəman Ağayev Bəylər Tapdıq oğlu, Aslan Qabil oğlu Atakişiyev, Aqil Səməd oğlu Məmmədov, Əliyev Ələkbər Həsən oğlu, Şəhidlər- Quliyev Qabil Oruc oğlu, Ağayev Şirin Tapdıq oğlu, Əliyev İlham Əhməd oğlu, İsmayılov Vidadi Ağalar oğlu, Eminov Savalan Əmir oğlu, Cəfərov Babək Tapdıq oğlu, Şirinov Şirin Əhməd oğlu və İsmayılov Aslan Şəmil oğlunun anım günü tədbiri keçirildi. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-in məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb direktorları, şəhidlərimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xatirə baralyefinin qarşısına əklil və gül dəstələri qoyuldu, ruhlarına dualar oxundu. Vətənpərvərlik mövzusunda və şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

  Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Malik İsaqov bildirdi ki, I Qarabağ müharibəsində Qubadlı oğulları mərdliklə vuruşdular, onlar bir qarış torpağı belə yağı düşmənə vermək fikrində deyildilər. Həmin döyüşlərdə Rayonumuz 11-i Milli qəhrəman olmaqla 238 şəhid verib. Təkcə Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 25 nəfər şəhid olmuşdur. Bu gün anım gününə toplaşdığımız 12 şəhidimiz, o cümlədən Azərbaycanın Milli Qəhrəmanları - Qubadlı şəhər sakini Məmmədov Aqil Səməd oğlu, İşıqlı kəndindən Əliyev Ələkbər Həsən oğlu, Muradxanlı kəndindən Atakişiyev Aslan Qabil oğlu da eyni gündə 1992-ci il avqustun 6-sı Qəhrəmanlıq göstərərək şəhid olmuşlar. Onlar Laçının azad olması uğrunda Səfiyan, Türkə, Fərcan, Xanalı kəndlərində döyüşmüş sonda Suarası kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar. Qaracallı kənd Nümayəndəliyindən olan doqquz şəhidimizin səkkizi Qarağac kəndində, biri isə Qarakişilər kəndində dəfn olunmuşdur. 

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olundu. İşğal altında olan torpaqlarımız, eyni zamanda 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Həmçinin 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

 44 günlük Vətən Müharibəsindən sonra Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən Qubadlı rayonunda Milli Qəhrəmanlar - Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. 

Hazırda rayonda məzarları dağıdılmış 47 hərbçi, 26 nəfər isə mülki şəhidimizin qəbirüstü abidələrinin bərpasına başlanılıb. Rayonun Başarat, Qarağac, Qarakişilər və Əyin kəndlərində şəhidlərimizin qəbirüstü abidələri yenidən bərpa olunub. Belə ki, Başarat kəndində 4 nəfər şəhidimiz Abbasov Etimad Kamal oğlu, Mirzəyev Pənah Sovet oğlu, Rüstəmov Novruz Rəhim oğlu və Nuruşov Cənnət Dəmir oğlunun qəbirüstü abidəsi, Qarağac kəndində 5 nəfər şəhidimiz İsmayılov Vidadi Ağalar oğlu, Eminov Savalan Əmir oğlu, Şirinov Şirin Əhməd oğlu, Əliyev İlham Əhməd oğlu, Quliyev Qabil Oruc oğlunun qəbirüstü abidəsi, Qarakişilər kəndində 3 nəfər şəhidimiz İsmayılov Aslan Şəmil oğlu, Həsənov Vahid Məhərrəm oğlu və Əhmədov Nahid Həmid oğlunun qəbirüstü abidəsi, Hacılı kəndində 1 nəfər şəhidimiz İsgəndərov Mübariz Nüsrət oğlunun qəbirüstü abidəsi tamamilə yenidən bərpa olunub. 

 Hal hazırda rayonun Əyin kəndində 6 nəfər şəhidimiz Əhmədov Mahir Humay oğlu, Bayramov İlqar Telman oğlu, Nəcəfov Azər Cabbar oğlu, Qəhrəmanov Elman İxtiyar oğlu, Nəcəfov Elşən Camal oğlu, Qəhrəmanova Nəzakət İxtiyar qızının qəbirüstü abidələrinin bərpası ilə əlaqədar işlər gedir. 

 Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə mədəniyyət və təhsil müəssisələrinə onların adları verilir, xatirə lövhələri, baralyeflər, hazırlanır, abidələr ucaldılır, anım və doğum günləri qeyd olunur.

Tədbirdə çıxış edən şəhidlərimizin silahdaşları şəhidlərimizlə bağlı xatirələrini bölüşərək Şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının problemlərini daim diqqətdə saxlayan ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Ümummilli liderimiz Heydər Əliyevin bizə miras qoyub getdiyi Azərbaycanımızı qorumaq üçün Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin əmr və sərəncamlarını sözsüz yerinə yetirməyə hər zaman hazır olduqlarını vurğuladılar. Qeyd etdilər ki, insanın xoşbəxtliyi müxtəlif meyarlarla ölçülə bilər. Ancaq vətən uğrunda ölmək daha böyük xoşbəxtlikdir. Elə bir xoşbəxtlikdir ki, o hər kəsin qismətinə düşmür. Ancaq vətən uğrunda ölənlərin qəhrəmanlığı Azərbaycan gənclərinə örnək olmaqla yanaşı, gələcək nəslin formalaşmasında böyük rol oynayır. Deməli bu insanlar ölümləri ilə də xalqına xidmət edirlər. Qəhrəmanları torpaq yetirir, torpağı isə qəhrəmanlar qoruyur və yaşadır. Qəhrəmanlıq elə bir məfhumdur ki, bəlkə də onu etməyin hər hansı bir forması və mexanizmi yoxdur. O, tarixi şərait yetişəndə üzə çıxır. Ancaq ürəyində vətən və dövlət sevgisi, damarında pak qanı olmayan insan qəhrəman ola bilməz. 

Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbəri Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

 Allah bütün Şəhidlərimizə rəhmət eləsin!


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:295
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Avqust 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri