Icma.az
close
up
RU
Qubadlı Vətənə qovuşan torpaq ŞƏRH

Qubadlı Vətənə qovuşan torpaq ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın şanlı tarixində 25 oktyabr - Qubadlı Şəhəri Günü xüsusi yer tutur. Bu tarix xalqımızın milli iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və dövlətimizin qətiyyətli siyasətinin təntənəsidir. Qubadlının azadlığı uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşməsi, tarixi ədalətin bərpası və Azərbaycanın ərazi bütövlüyünə qovuşmasının mühüm təzahürüdür.

Qubadlı qədim tarixi, zəngin mədəni irsi və füsunkar təbiəti ilə seçilən diyarımızdır. Lakin 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayonun sakinləri doğma evlərini tərk etməyə məcbur oldular. Yaşayış məntəqələri dağıntılara məruz qaldı, insanlar illərlə ata-baba yurdunun həsrəti ilə yaşadılar. Bununla belə, qubadlılılar doğma torpağa qayıdacaqlarına olan inamlarını heç vaxt itirmədilər.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir səhifə açdı. Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu qələbə Vətən müharibəsinin mühüm hərbi nailiyyətlərindən biri kimi tarixə düşdü və Azərbaycanın Zəfər yolunda xüsusi əhəmiyyət daşıdı.
Qubadlının azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı xalqımızın yaddaşında daim yaşayacaq. 2020-ci il dekabrın 23-də Möhtərəm Prezident İlham Əliyev Qubadlı şəhərində Azərbaycan bayrağını ucaltdı. Üçrəngli bayrağımızın doğma torpaqda dalğalanması dövlət suverenliyimizin, milli qürurumuzun və tarixi ədalətin bərpasının rəmzinə çevrildi.
Möhtərəm Prezident İlham Əliyev azad edilmiş Qubadlıya dəfələrlə səfər edərək rayonun bərpası və gələcək inkişafı ilə bağlı mühüm layihələrin başlanmasında şəxsən iştirak edib. 2021-ci il oktyabrın 25-də Xanlıq-Qubadlı avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında olub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. 2022-ci ildə elektrik infrastrukturu və su anbarları layihələri ilə tanış olub, 2023-cü il mayın 4-də isə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, 600 şagird yerlik məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, eləcə də Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoyub. Bu səfərlər dövlətimizin Qubadlının yenidən qurulmasına və doğma yurda qayıdışın təmin edilməsinə verdiyi böyük önəmin göstəricisidir.
Böyük Qayıdış çərçivəsində Qubadlının Mahruzlu və Zilanlı kəndlərində yeni yaşayış məskənlərinin yaradılması üçün konkret layihələr hazırlanıb. İlkin layihələrə əsasən, Mahruzlu kəndində gələcəkdə 690 ailənin, Zilanlı kəndində isə 630 ailənin məskunlaşması nəzərdə tutulub. Bu rəqəmlər layihələndirilən yaşayış tutumunu göstərir. Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi davam etdirilir. 2026-cı ilin sentyabrında yayılan məlumata əsasən, 3,34 hektar ərazidə yerləşəcək kompleksdə 21 binanın və ümumilikdə 176 mənzilin inşası nəzərdə tutulur. Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması da rayonun gələcək inkişafının mühüm istiqamətlərindəndir. Bu layihələr doğma yurda qayıdış üçün şəraitin yaradılmasına və sakinlərin rahat yaşayışının təmin edilməsinə xidmət edir. Doğma yurda qayıdan hər bir ailə Qubadlının dirçəlişinə, sosial həyatının canlanmasına və gələcək nəsillərin öz ata-baba torpağında böyüməsinə töhfə verir. Bu gün Qubadlıda yeni həyat qurulur.
Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Qubadlının da gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Şəhərdə və rayonun kəndlərində yol-nəqliyyat infrastrukturunun yenilənməsi, yaşayış məntəqələrinin bərpası, sosial obyektlərin inşası və insanların rahat yaşayışı üçün şəraitin yaradılması istiqamətində mühüm addımlar atılır. Bu prosesin əsas məqsədi yalnız dağıdılmış binaları yenidən tikmək deyil, həm də sakinlərin doğma yurdlarında təhlükəsiz və firavan həyat sürməsini təmin etməkdir. Ərazilərin minalardan təmizlənməsi, müasir infrastrukturun yaradılması və yaşayış məntəqələrinin abadlaşdırılması Böyük Qayıdışın vacib istiqamətlərindəndir. Doğma torpağa qayıdan hər bir ailə Qubadlının dirçəlişinə, sosial-iqtisadi inkişafına və milli-mənəvi dəyərlərinin yaşadılmasına töhfə verir.
Qubadlı Şəhəri Gününün təsis edilməsi də bu tarixi Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Möhtərəm Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə oktyabrın 25-nin Qubadlı Şəhəri Günü kimi müəyyənləşdirilməsi şəhərin azadlığının dövlət səviyyəsində qeyd olunmasının ifadəsidir.
Bu gün Qubadlı Azərbaycanın gücünü, xalqımızın birliyini və doğma torpağa sədaqətini təcəssüm etdirir. Onun yenidən qurulması və sakinlərinin yurdlarına qayıtması Zəfərdən sonra başlanan böyük quruculuq mərhələsinin parlaq nümunəsidir. Qubadlının timsalında bir daha görürük ki, xalqımız öz torpağına bağlıdır, dövlətimiz gələcəyə inamla addımlayır və azad edilmiş ərazilərimiz yeni inkişaf dövrünü yaşayır.
Qubadlı – tarixi Zəfərimizin, doğma yurda qayıdışın və Azərbaycanın yenilməz iradəsinin rəmzidir.

Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri