Icma.az
close
up
RU
Qubadlı qəhrəmanlığın tarixə, Zəfərin gələcəyə çevrildiyi torpaq ŞƏRH

Qubadlı qəhrəmanlığın tarixə, Zəfərin gələcəyə çevrildiyi torpaq ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Hər bir xalqın tarixində elə günlər var ki, həmin günlər milli yaddaşın ayrılmaz hissəsinə çevrilir. Azərbaycan xalqı üçün 25 Oktyabr – Qubadlı şəhəri günü məhz belə əlamətdar tarixlərdəndir. Bu gün biz yalnız qazanılmış hərbi uğuru deyil, həm də doğma torpaqlarımıza qayıdışın sevincini, milli qürurumuzun təntənəsini və dövlətimizin gücünü qeyd edirik.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlının azad edilməsinin əhəmiyyətini belə ifadə etmişdir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu fikirlər xalqımızın uzun illər ərzində qəlbində yaşatdığı arzunun gerçəkləşməsini və tarixi ədalətin bərpasını ifadə edir.

Qubadlı işğaldan əvvəl özünəməxsus təsərrüfat ənənələri ilə tanınırdı. Rayonun iqtisadi həyatında taxılçılıq, üzümçülük, tütünçülük, bostançılıq və heyvandarlıq mühüm yer tuturdu. Bərəkətli torpaqlar, zəhmətkeş insanlar və təbii sərvətlər bölgənin inkişafı üçün geniş imkanlar yaradırdı. İşğal bu inkişafı dayandırsa da, Qubadlı sakinlərinin doğma torpağa bağlılığını qıra bilmədi. Onların qəlbində bir gün geri dönəcəklərinə dair inam yaşayırdı.

Vətən müharibəsi həmin inamın gerçəkliyə çevrildiyi tarixi mərhələ oldu. Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Qubadlının 25 oktyabr 2020-ci ildə azad edilməsi döyüş əməliyyatlarının gedişində mühüm strateji əhəmiyyət daşıdı. Bu qələbə düşmənin mövqelərinə ciddi təsir göstərərək Azərbaycan Ordusunun irəliləyişini davam etdirməsinə və tarixi Zəfərə doğru addımlamasına şərait yaratdı. Qubadlı uğrunda mübarizə bir daha göstərdi ki, Vətən sevgisi, milli birlik və qətiyyət qarşısında heç bir maneə dayana bilməz.

Zəfərin böyüklüyü yalnız hərbi qələbə ilə ölçülmür. Onun tarixi dərsləri gələcək nəsillərə çatdırılmalı, azadlıq uğrunda mübarizənin qəhrəmanları daim xatırlanmalıdır. Qubadlıda İşğal və Zəfər muzeyləri kompleksinin yaradılması bu baxımdan xüsusi məna daşıyır. Bu kompleks xalqımızın yaşadığı faciələri, mübarizə əzmini və qələbəyə aparan yolu gələcək nəsillərə çatdıracaq. Şəhidlərimizin xatirəsinə ehtiram göstərmək, onların fədakarlığını unutmamaq milli mənəviyyatımızın əsas dayaqlarındandır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işləri Qubadlının gələcəyinə yeni nəfəs verir. Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması sakinlərin doğma yurdlarına qayıdışı üçün mühüm əhəmiyyət daşıyır. Məqsəd dağıdılmış yaşayış məntəqələrini bərpa etməklə yanaşı, insanlara təhlükəsiz, rahat və müasir həyat şəraiti yaratmaqdır.

Prezident İlham Əliyevin 19 oktyabr 2022-ci ildə Qubadlıya səfəri bu istiqamətdə görülən işlərin əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldu. Bu layihələr kənd təsərrüfatının su təminatının yaxşılaşdırılması və əkin sahələrinin səmərəli istifadəsi üçün perspektivlər açır. Eyni səfər çərçivəsində “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyuldu. Müasir enerji infrastrukturu bölgənin davamlı inkişafına xidmət edəcək.

Bu gün Qubadlının dirçəlişi Azərbaycanın quruculuq əzminin parlaq təcəssümüdür. Mahruzlu və Zilanlıda yenidən həyatın qurulması, infrastruktur layihələrinin həyata keçirilməsi, tarixi yaddaşın qorunması Böyük Qayıdışın mühüm istiqamətləridir. Qubadlı artıq yalnız keçmişin nisgili deyil, həm də gələcəyin ümididir. 25 Oktyabr xalqımızın yaddaşında azadlığın, milli qürurun və dönməz qayıdışın bayramı kimi əbədi yaşayacaq.

Gündüz Bayramov.

YAP Samux rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri