Icma.az
close
up
RU
Vətənə bağlı igid ŞƏRH

Vətənə bağlı igid ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Birinci Qarabağ savaşında Vətən-torpaq uğrunda canını fəda edən qeyrətli oğlanlardan biri də Azad Bayramovdur. İgidliyi və cəsarəti ilə qəlblərdə özünə əbədi abidə ucaldan bu Vətən sevdalısı 28 may 1973-cu il tarixində Lerik rayonunun Siyov kəndində müəllim ailəsində dünyaya göz açıb. 1980-cı ildə M. Qafarov adına Siyov kənd tam orta məktəbinin birinci sinfinə gedib, 1990-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib. Dərslərində “əla” qiymət alıb, istedadı, nümunəvi tərbiyəsi, vətənpərvərliyi ona böyük sevgi qazandırıb. El-obada hamı Azadın Vətəninə ləyaqətli övlad olacağına inanıb.

Qəlbi Vətən, xalq üçün şirin-şəkər arzularla dolu olan, gəncliyin ən ülvi duyğular dövrünə qədəm qoyan Azadın ali təhsil almağına yağı düşmənin Qarabağımıza ədalətsiz təcavüzü imkan verməyib. Lerik Rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Azad döyüş bölgəsində Vətən torpaqlarının keşiyini çəkib. Azğın dığalara qarşı döyüş yolu Füzulidən başlayib. Sinəsini irəli verib müharibə meydanına girəndə düşməni məğlub edən günədək vuruşacağına and içib. İgid əsgər Füzuli uğrunda gedən döyüşlərdə mərdlik göstərərək dığalara ağır zərbələr vurub, bir-birindən çətin döyüş əməliyyatlarında fərqlənib.

14 avqust 1993-cu ildə isə Qizilqaya yüksəkliyində əsgər yoldaşlari ilə bərabər ermənilər tərəfindən 3-4 gün mühasirədə qalmaqla ağır döyüşdən sonra orada itkin düşüb.1997-ci ildə Lerik Rayon məhkəməsi tərəfindən Azad Muxtar oğlu Bayramova şəhid statusu verilib.

Vətən, torpaq uğrunda şəhid olanlar ölmürlər. Azad Bayramov cismən aramızda olmasa da, göstərdiyi qəhrəmanlıqla mənən milyonların ürəyində yaşayır, hər an böyük məhəbbətlə ehtiramla xatırlanır. Doğma Siyov kəndində onun adına bulaq abidə kompleksi ucalır. Bu saf sulu bulaqdan içənlər Azadla qürur duyurlar

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri