Icma.az
close
up
RU
Qubadlının azadlığı milli qürurumuzun təcəssümüdür

Qubadlının azadlığı milli qürurumuzun təcəssümüdür

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizin müasir tarixinə qızıl hərflərlə yazılan və xalqımızın yaddaşında illər, əsrlər boyu fəxarət və qürur hissi ilə xatırlanacaq günlərin sırası getdikcə artır. Belə əlamətdar günlər arasında 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri tərəfindən doğma torpaqlarımızın azad edildiyi tarixi günlər xüsusi yer tutur. Həmin unudulmaz tarixlərdən biri də bizi Böyük Zəfərə bir addım daha yaxınlaşdıran, Qubadlı şəhərinin işğaldan azad olunduğu 25 oktyabr günüdür.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmişdir. Həmin sənədə uyğun olaraq, artıq beşinci ildir ki, 25 oktyabr Qubadlı şəhəri günü kimi qeyd olunur.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. 802 kvadrat kilometr ərazini əhatə edən rayonun relyefi əsasən dağlıqdır. Qubadlının Cəbrayıl, Laçın, Zəngilan və Xocavənd rayonları ilə həmsərhəd olması onun strateji əhəmiyyətini daha da artırır. Təbiəti zəngin, torpaqları münbit olan bölgədə kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait mövcuddur.

Rayonun torpaq fondu 79 812 hektar təşkil edir ki, bu da kənd təsərrüfatının inkişafına geniş imkanlar yaradır. “Gəyən”, “Məzrə” və “Yazı” düzləri taxılçılıq, üzümçülük və digər bitkiçilik növləri üçün əlverişli ərazilər hesab olunur. Qubadlıda üzümçülük və heyvandarlıq ənənəvi sahələrdəndir.Bundan başqa, ərazidə qum-çınqıl, mərmərləşmiş əhəng daşı və digər faydalı qazıntı yataqları da mövcuddur.

İşğala qədər Qubadlı rayonunun iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanırdı. Yerli əhali taxıl, üzüm, tütün və bostan məhsulları yetişdirməklə yanaşı, heyvandarlıqla da məşğul olurdu. Tütünçülük bölgənin ən gəlirli sahələrindən biri idi və burada istehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlarda satılırdı.

1988-ci ildən başlayaraq Qubadlı rayonu Ermənistanın silahlı hücumlarına və təcavüz siyasətinə məruz qaldı. 1993-cü il avqustun 31-də isə rayon tam şəkildə işğal edildi. Nəticədə minlərlə sakin öz doğma yurd-yuvasını tərk edərək Azərbaycanın müxtəlif bölgələrinə məcburi köçkün kimi yerləşdirildi.

Ermənistanın işğalı nəticəsində Qubadlı rayonunun təxminən 29 997 nəfər sakini doğma evindən didərgin düşdü. İşğal illəri ərzində rayonda 7 278 fərdi yaşayış evi, 148 sosial obyekt, 161 mədəniyyət müəssisəsi, 7 məscid və 16 körpü dağıdıldı. Rayonun iqtisadi və sosial infrastrukturu tamamilə məhv edilərək yararsız hala salındı.

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində beynəlxalq hüquq normalarına zidd olaraq qanunsuz məskunlaşma siyasəti həyata keçirirdi. Xaricdən gətirilən ermənilər Qubadlının müxtəlif kənd və ərazilərində yerləşdirilmiş, xüsusilə Xanlıq kəndində xaricdə yaşayan ermənilərin maliyyə dəstəyi ilə yeni qəsəbə salınmışdı. Bu addımların əsas məqsədi bölgədə demoqrafik tərkibi dəyişmək və işğalı möhkəmləndirmək idi. Halbuki Cenevrə Konvensiyalarına əsasən, işğal edilmiş ərazilərdə hər hansı məskunlaşdırma fəaliyyəti beynəlxalq hüququn kobud şəkildə pozulması və işğalçı dövlət tərəfindən törədilən cinayət kimi qiymətləndirilir.

25 oktyabr 2020-ci il tarixi isə 44 günlük Vətən müharibəsinin ən önəmli mərhələlərindən biri kimi yadda qaldı. Qubadlı şəhərinin azad olunması uğrunda gedən döyüşlər bir neçə gün davam etdi. Düşmən bölgədə möhkəm istehkamlar qurmuş, şəhər ətrafındakı yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmişdi və bu mövqelərdən davamlı atəş açılırdı. Əməliyyatın uğurla həyata keçirilməsi üçün öncə həmin strateji yüksəkliklərin ələ keçirilməsi vacib idi. Azərbaycan Ordusunun igidliyi və peşəkarlığı sayəsində bu yüksəkliklər azad edildi, düşmənin müqaviməti tam qırıldı və nəticədə 25 oktyabrda Qubadlı şəhəri işğaldan azad olundu. Bu qələbə Qarabağ müharibəsinin gedişatında mühüm dönüş nöqtəsinə çevrildi və Ermənistan ordusunun müdafiə xətləri bir-birinin ardınca dağıdıldı.

Qubadlının işğaldan azad edilməsi ordumuzun yüksək peşəkarlığını, igid hərbi qulluqçularımızın fədakarlığını və qəhrəmanlığını bir daha nümayiş etdirdi. Əməliyyat zamanı ilk olaraq şəhərin ətrafındakı strateji yüksəkliklər ələ keçirildi, ardınca isə Xanlıq, Padar və Sarıyataq kəndləri azad olundu. Bu yüksəkliklərin ələ keçirilməsi Qubadlı şəhərinin tam təmizlənməsi əməliyyatının uğurla başa çatmasına şərait yaratdı. Döyüşlərdə iştirak edən hərbçilərimizin göstərdiyi şücaət və peşəkarlıq əməliyyatın uğurlu nəticələnməsində həlledici rol oynadı. Qubadlının azad olunması yalnız şəhərin azadlığı deyil, həm də bölgədəki digər strateji ərazilərin nəzarət altına alınması üçün mühüm bir mərhələ oldu.

Hərbiçilərimizin bu fədakar əməyi dövlətimiz və dövlət başçımız İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı əməliyyatında iştirak edən və şəxsi igidlik göstərən 15 mindən çox Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçusu cənab Prezidentin sərəncamı ilə bu medalla təltif olundu.

Bu gün Qubadlıda bərpa və yenidənqurma işləri geniş vüsət alıb və yüksək templə davam etdirilir. Rayonun təbiəti, memarlıq üslubu, tarixi irsi və ekoloji tarazlığı qorunmaqla həyata keçirilən bu işlər Prezident İlham Əliyevin “azad edilmiş bütün ərazilər tarixi və təbii simasını itirmədən bərpa olunmalıdır” prinsipinə uyğun şəkildə aparılır.

Qubadlıda inşa olunan yeddi yarımstansiya rayonun 2050-ci ilə qədər dayanıqlı inkişafını təmin etməyə yönəlib. Müqayisə üçün, sovet dövründə Qubadlının enerji istehlakı cəmi 12 meqavat idisə, yeni yarımstansiyaların ümumi gücü 40 meqavata çatacaq.

Azad edilmiş ərazilərdə sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2021-ci il oktyabrın 27-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradıldı. Bu post vasitəsilə qanunsuz daşımaların və narkotik vasitələrin dövriyyəsinin qarşısı alınır, eyni zamanda sərhədlərdə gömrük nəzarəti səmərəli şəkildə həyata keçirilir.

Hazırda Qubadlıda ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, Mərkəzi Xəstəxananın, eləcə də Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlləri qoyulub. Qubadlı Ermənistanla sərhəddə yerləşdiyindən, rayonun müdafiə potensialının gücləndirilməsi xüsusi diqqət mərkəzindədir. 2021-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi istifadəyə verildi.

Bölgənin sosial-iqtisadi dirçəlişi məqsədilə mühüm infrastruktur layihələri həyata keçirilir. Qubadlı–Eyvazlı avtomobil yolunun inşası bu istiqamətdə əsas layihələrdən biridir və Qarabağla Şərqi Zəngəzur iqtisadi rayonlarının inteqrasiyasına böyük töhfə verəcək. Bununla yanaşı, Xudafərin–Qubadlı–Laçın avtomobil yolunun tikintisi üzrə də ciddi addımlar atılıb. 2023-cü ildə bu layihənin icrası üçün dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb. Bu yollar bölgənin nəqliyyat-logistika əlaqələrinin və ticarət dövriyyəsinin inkişafına mühüm təsir göstərəcək.

Artıq Qubadlıda həyat yenidən canlanır — məktəblər, xəstəxanalar, yollar, evlər inşa olunur, torpaqlarına qovuşan insanlar gələcəyə böyük inamla baxırlar. Bu torpaqların hər qarışı həm qəhrəmanlıq dastanıdır, həm də milli qürurumuzun təcəssümüdür.

Ziyafət ƏSGƏROV

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri