Icma.az
close
up
RU
Qubadlının azadlığı tarixi Zəfərimizin mühüm simvollarından biridir

Qubadlının azadlığı tarixi Zəfərimizin mühüm simvollarından biridir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Vaxtilə işğalın ağır fəsadları ilə üzləşən Qubadlı rayonu azadlığa qovuşduqdan sonra genişmiqyaslı bərpa və quruculuq mərhələsinə qədəm qoyub. Qubadlı şəhəri günü təkcə hərbi Qələbənin deyil, həm də doğma torpaqlarda həyatın yenidən canlanmasının, sakinlərin öz yurdlarına qayıdışının və gələcəyə inamının təcəssümüdür.
1993-cü il avqustun 31-də rayonun işğal edilməsi nəticəsində təxminən 30 min insan doğma yurdunu tərk etməyə məcbur oldu. Yaşayış evləri, məktəblər, mədəniyyət obyektləri, məscidlər, körpülər və təsərrüfat infrastrukturu dağıdıldı. Vətən müharibəsində Qubadlı istiqamətində aparılan əməliyyatlar Azərbaycan Ordusunun peşəkarlığını və döyüş qabiliyyətini nümayiş etdirdi. Şəhərə hakim yüksəkliklərin və ətraf yaşayış məntəqələrinin nəzarətə götürülməsi azadlıq əməliyyatının uğurla nəticələnməsində mühüm rol oynadı. Oktyabrın 25-də Qubadlının azad edilməsi ordumuzun növbəti tarixi uğuru kimi yadda qaldı. Sonrakı günlərdə rayonun digər kəndlərinin də azad olunması bölgədə hərbi üstünlüyün möhkəmlənməsinə şərait yaratdı. Döyüşlərdə göstərilən igidlik və fədakarlıq dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. “Qubadlının azad olunmasına görə” medalının təsis edilməsi və 15 209 hərbi qulluqçunun bu medalla təltif olunması qəhrəmanlıq salnaməmizin mühüm səhifəsidir. Qubadlı Zəfəri bir daha göstərdi ki, xalqın birliyi, dövlətin qətiyyəti və Ordunun gücü milli məqsədlərin gerçəkləşməsində həlledici rol oynayır.
Bu gün Qubadlıda aparılan işlərin əsas məqsədi dağıdılmış yaşayış məntəqələrini bərpa etməklə yanaşı, müasir həyat üçün zəruri şərait yaratmaqdır. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi uzunmüddətli quruculuq prosesinin planlı şəkildə həyata keçirilməsi üçün əsas yaradıb. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılması bu istiqamətdə atılan mühüm addımdır. Layihəyə əsasən, 21 binadan ibarət kompleksdə 176 mənzil inşa olunacaqdır. Mahruzlu və Zilanlı kəndlərində də yaşayış evlərinin tikintisi davam etdirilir. Bu layihələr doğma yurda qayıdacaq ailələrin məskunlaşması, kənd həyatının canlanması və sosial əlaqələrin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.
Qubadlı–Eyvazlı avtomobil yolunun tikintisi və yeni Qubadlı–Laçın avtomobil yolu ilə bağlı layihələr bölgənin nəqliyyat əlaqələrinin genişləndirilməsinə yönəlib. Bu yollar gələcəkdə kəndlər arasında əlaqələrin yaxşılaşdırılmasına, təsərrüfat məhsullarının daşınmasına və iqtisadi fəallığın artmasına imkan yaradacaq. Qubadlının zəngin torpaq və meşə ehtiyatları, kənd təsərrüfatı ənənələri rayonun iqtisadi dirçəlişi üçün geniş imkanlar yaradır. Əkinçilik və heyvandarlığın bərpası, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması insanların doğma yurdda daimi məskunlaşmasına kömək edəcəkdir.
Dövlətin həyata keçirdiyi məqsədyönlü quruculuq siyasəti Qubadlının tarixi-mədəni irsinin qorunması, şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması və sakinlərin doğma yurda qayıdışı üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur. Bu istiqamətdə həyata keçirilən layihələr yaşayış məntəqələrinin bərpası, yol və kommunikasiya infrastrukturunun yenilənməsi, sosial obyektlərin inşası, məşğulluq imkanlarının genişləndirilməsi və iqtisadi fəallığın artırılması kimi mühüm hədəfləri əhatə edir. Başlıca məqsəd Qubadlını insanların rahat yaşadığı, çalışdığı, övladlarını böyütdüyü və gələcəyini qurduğu müasir yaşayış məkanına çevirməkdir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı şəhəri günü kimi qeyd olunur. Bu əlamətdar tarix Azərbaycan Ordusunun qəhrəmanlığını, şəhidlərin Vətən uğrunda göstərdiyi fədakarlığı, qazilərimizin şücaətini və xalqımızın milli birliyini təcəssüm etdirir. Eyni zamanda, Qubadlı şəhəri günü işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən qurulmasının, sakinlərin doğma torpaqlarına qayıdışının və dövlətimizin gələcəyə hesablanmış inkişaf siyasətinin əhəmiyyətini bir daha ön plana çıxarır. Bu gün Qubadlının bərpası tarixi Zəfərin real nəticələrlə möhkəmləndirilməsinin, milli yaddaşın qorunmasının və gələcək nəsillər üçün daha firavan həyatın qurulmasının bariz nümunəsidir.
Qubadlı bu gün özünün yeni inkişaf dövrünü yaşayır, azad edilmiş torpaqlarda salınan yollar, tikilən evlər və yaradılan infrastruktur tarixi Qələbənin real nəticələridir. Qarşıda duran əsas vəzifə bu işləri ardıcıl davam etdirmək, doğma yurda qayıdan insanların rahat yaşayışını təmin etmək və rayonun iqtisadi potensialını tam reallaşdırmaqdır. 25 Oktyabr – Qubadlı şəhəri günü azadlığın, milli iradənin və quruculuq əzminin təntənəsidir. Qubadlının yenidən canlanması xalqımızın doğma torpaqlarına bağlılığının və Azərbaycanın gələcəyə inamla addımlamasının parlaq ifadəsidir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Oktyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri