Icma.az
close
up
RU
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin gedişində mühüm strateji əhəmiyyət daşıyan hadisələrdən biri oldu.”

“Yeni Sabah” xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında bildirib.

O, xatırladıb ki, düşmən rayonun coğrafi mövqeyini nəzərə alaraq burada güclü müdafiə sistemi yaratmış, şəhərə hakim yüksəkliklərdə hərbi mövqelər qurmuşdu. Sezar pizza

“Buna görə də Qubadlının azadlığı uğrunda əməliyyatlar hərbçilərimizdən yüksək peşəkarlıq, qətiyyət və xüsusi taktiki hazırlıq tələb edirdi. Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri böyük məharətlə yerinə yetirərək əvvəlcə strateji yüksəklikləri, ardınca Xanlıq, Padar və Sarıyataq da daxil olmaqla ətraf kəndləri nəzarətə götürdü.

Nəticədə, oktyabrın 25-də Qubadlı şəhəri düşmən işğalından azad edildi. Bu tarixi qələbənin qəhrəmanlarının xidmətlərinin qiymətləndirilməsi və Zəfər tariximizin yaşadılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalının təsis edilməsi də bu ehtiramın ifadəsidir. Döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş 15 209 hərbi qulluqçumuz müvafiq Prezident sərəncamları ilə həmin medala layiq görülüb.

Bundan başqa, dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olunub və 25 oktyabr Qubadlı şəhəri günü elan edilib. Bu tarix xalqımızın yaddaşında həm qəhrəmanlıq salnaməsi, həm də tarixi ədalətin bərpasının rəmzi kimi yaşayır”.

Millət vəkili vurğulayıb ki, bu gün Qubadlıda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri doğma torpaqlara qayıdışın təmin olunmasına, rayonun sosial-iqtisadi potensialının bərpasına xidmət edir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yeni həyat qurulur. Qubadlıda da şəhərin və kəndlərin bərpası, müasir infrastrukturun yaradılması istiqamətində ardıcıl işlər görülür. Dövlət başçısının 2020-ci il dekabrın 23-də Qubadlıya səfəri zamanı şəhərdə Azərbaycan bayrağının ucaldılması azadlığımızın rəmzinə çevrildi.

Sonrakı səfərlərdə müxtəlif infrastruktur layihələrinin təməli qoyulub, mühüm obyektlər istifadəyə verilib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirilib. Qubadlının gələcək inkişafı üçün uzunmüddətli planlaşdırma da həyata keçirilir. 2025-ci il sentyabrın 9-da şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi bu baxımdan mühüm addımdır. Şəhərin elektrik enerjisi ilə dayanıqlı təchizatı üçün “Qubadlı” yarımstansiyası və yüksəkgərginlikli elektrik xətləri yaradılıb. Mahruzlu və Zilanlı kəndlərində yeni yaşayış evlərinin tikintisi, Qubadlı-Eyvazlı və Qubadlı-Laçın avtomobil yolları üzrə layihələr isə rayonun nəqliyyat əlaqələrinin və məskunlaşma imkanlarının genişlənməsinə xidmət edir.

Bütün bunlar göstərir ki, Qubadlıda aparılan işlər ayrı-ayrı tikinti layihələri ilə məhdudlaşmır. Məqsəd sakinlərin doğma yurda təhlükəsiz və rahat qayıdışını təmin etmək, müasir yaşayış şəraiti yaratmaq, rayonun iqtisadi həyatını canlandırmaqdır. Qubadlının dirçəlişi Prezident İlham Əliyevin müəyyən etdiyi Böyük Qayıdış strategiyasının ardıcıl həyata keçirilməsinin konkret təzahürüdür. Vaxtilə dağıntılara məruz qalmış bu torpaqlarda yeni yaşayış məhəllələrinin, sosial obyektlərin və yolların inşası tarixi Qələbəmizin quruculuq mərhələsini əks etdirir.”


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Oktyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri