Icma.az
close
up
RU
Qüdrət Həsənquliyev: Avropa liderləri Rusiyanı ABŞ ın əli ilə dayandırmaq istəyirlər

Qüdrət Həsənquliyev: Avropa liderləri Rusiyanı ABŞ ın əli ilə dayandırmaq istəyirlər

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az saytının suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Qüdrət bəy, bu gün bütün dünya Trampla Zelenski arasında görüşün nəticələrini gözləyir, Sizin fikirlərinizi öyrənmək istərdik..

-Tramp Zelenskiyə və Avropa liderlərinə nifrət edir. Bilir ki, onlar onun seçilməsini istəmirdilər, amma Putin istəyirdi. Ona görə (yəqin ki,yalnız ona görə yox ) Putinə boss deyə müraciət edir. O bütün gücü ilə Zelenskiyə və Avropa liderlərinə təzyiq edəcək ki, Putinin istədiyi şərtlərlə sülhə (kapitulyasiyaya ) razılaşsınlar. Amma Zelenskinin ölkəsinin Konstitusiyasına zidd addım atacağı ehtimalı çox azdır.

- Zelenski razılaşmasa Tramp sülh danışıqlarından çıxa bilərmi?

- Putin Trampa müvəqqəti olaraq sülh prosesindən geri çəkilməyi və Ukraynaya silah satmamağı tapşıra bilər. Amma bu Tramp üçün ABŞ-da hansı nəticələr doğura bilər, o bəlli deyil. Putin təcrübəli siyasətçi kimi Trampı qoruyacaq və ona impiçment elan olunmasına gətirib çıxara biləcək tapşırıqlar verməyəcək.

- Hazırda Avropanın Trampa hansısa təsir imkanı varmı?

- Var, ona deyə bilərlər ki, sən heç vaxt Nobel mükafatı almayacaqsan və Amerika xalqına nə baş verdiyi barədə açıq müraciət edə bilərlər. Zelenski Amerika xalqına müraciət edə bilər ki, Budapeşt memorandumuna əsasən siz bizim ərazi bütövlüyümüzü qorumaq əvəzinə bizdən Rusiyaya torpaq verməyi tələb edirsiniz. Amma Trampla görüşdə bunu dillərinə gətirməyə cəsarət etməzlər. Avropa liderləri nüvə silahına sahib olsalar da Rusiyadan qorxurlar, buna görə Rusiyanı ABŞ-ın əli ilə dayandırmaq istəyirlər. Tramp bunu görür və ona görə də onları alçaldır. Britaniya, Fransa, Almaniya və Polşanın Ukraynaya ciddi hərbi dəstək vermək imkanları var, amma bunu etmirlər.

- Qüdrət bəy, Rusiya yenidən Ukraynada Azərbaycanın yanacaqdoldurma məntəqəsinə zərbə endirib. Azərbaycan bunun qarşılığında nə etməlidir?

- Rusiya ilə danışmalıyıq. Qarşıdurmaya və münasibətlərin indikindən də artıq gərginləşməsinə imkan vermək olmaz. Biz nə qədər qürurlu olsaq da kiçik ölkəyik. İnanıram ki, 2013-cü ildə olduğu kimi indi də liderlər görüşüb məsələni yoluna qoya bilər. Çoxları Azərbaycan - Rusiya münasibətlərinin qanlı qarşıdurmaya çevrilməsini böyük sevinclə və səbirsizliklə gözləyir. Buna yol vermək olmaz. Putin Trampa gözünü ağartsa güvəndiyimiz ölkələrin özünü necə aparacağı ciddi suallar doğuracaq. Hələ heç nə yoxdur ağızlarına su alıb susurlar. Biz təmkinli olmalı, daha çox diqqətimizi iqtisadi problemlərin həllinə yönəltməliyik.

- Pezeşkianın İran səfəri barədə nə deyə bilərsiniz?

- Pezeşkian İranın dinc inkişafı üçün bir şansdır. O, çox ağıllı adamdır, amma real hakimiyyət onun əlində deyil. Vaşinqton Bəyannaməsi imzalananda demişdim ki, çox böyük ehtimalla Putin İranla münasibətləri qoruyub saxlamaq üçün Zəngəzur dəhlizinin açılmasını Trampa tapşırıb. Pezeşkian bunu dərhal başa düşdü və türk düşmənçiliyi aparıb dəhlizə qarşı çıxan dairələrə səhv yolda olduqlarını bildirdi.

- Son vaxtlar Ermənistan - Rusiya münasibətlərində bir istiləşmə hiss olunur. Bu nə ilə əlaqədar ola bilər?

- Vaşinqton sammitindən öncə Paşinyanın ailəsi ilə birlikdə Altay səfəri və yüksək səviyyədə qarşılanması diqqətdən yayınmadı. Rusiya onu revanşistlərlə qorxudub istədiyi qərarları qəbul elətdirir. Paşinyan başa düşür ki,Tramp onu demokratlara yaxın olan Sorosun adamı kimi qəbul edir və bəyənmir. Ona görə çevik siyasətçi kimi Putinlə yaxınlaşma kursu götürüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Avqust 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri