Icma.az
close
up
RU
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”

Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

– Qüdrət bəy, necə düşünürsünüz , ABŞ Qrinlandiyanı işğal edəcəkmi? Onun işğala hazırlıqla bağlı göstəriş verdiyi deyilir.

– Bilirsiniz, müasir mədəniyyətin və həyat tərzinin qloballaşmasında ABŞ böyük rol oynasa da, maarifçilik , sənaye inqilabı, demokratiya, insan haqları, hüquq dövləti, müasir elm və incəsənət Avropada formalaşıb. Xüsusilə Fransa, İngiltərə və Almaniya müasir mədəni dəyərlərin əsasını qoyan ölkələrdi. Bu gün dünya siyasətində baş verənlər, bəşəri dəyərlərin aşınması, beynəlxalq məsələlərin həllində Avropanın rolunun azalması ilə əlaqəlidi. Faciə həm də ondadır ki, ABŞ NATO üzvü kimi digər üzv dövləti müdafiə etmək əvəzinə deyir ki, səni Çin, Rusiya işğal edə bilər, ona görə özüm işğal edirəm. Beynəlxalq münasibətlərdə artıq abır həya qalmayıb. Dünya siyasətində və beynəlxalq təhlükəsizlik məsələlərində Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə və müharibə təhdidlərindən qorxmasa daha dağıdıcı müharibələrin, o cümlədən Qrinlandiyanın işğalının qarşısını ala bilərlər. Avropa Birliyi ABŞ-ı başa salmalıdır ki, Rusiya Krımı bir güllə atmadan işğal etdiyi kimi, sən də Qrinlandiyanı işğal edə bilməyəcəksən. Danimarka silahlı müqavimət göstərməsə ABŞ həmin əraziləri işğal edəcək. Vəziyyəti ağırlaşdıran cəhət odur ki, ABŞ müxalifəti və xalqı da işğala qarşı ciddi təpki göstərmir. Tramp görsə ki, müharibədə 10 minlərlə, 100 minlərlə insan həlak olacaq, bəlkə də çəkinər. Danimarka torpaqlarını qorumaq istəyirsə vuruşmalıdır. Danimarka ABŞ xalqına,  Konqresə, NATO-ya müraciət etməlidir. Onun NATO-dakı Avropa üzrə müttəfiqləri Danimarka ilə birlikdə döyüşəcəklərini nümayiş etdirməlidir. Amma bunların heç biri yoxdur və böyük ehtimalla, yəqin ki, olmayacaq da . Ona görə Tramp çəkinmir, Avropanı ləyaqətli müttəfiq yox, yalnız zəngin bazar hesab edir.

– Hazırda dünyada Trampı dayandıra biləcək başqa bir güc varmı?

– Rusiya bunu edə bilərdi, amma onlar da ABŞ kimi işğalla məşğuldu. Tramp Putindən güc alır. Deyir məni nə beynəlxalq hüquq, nə Konqres dayandıra bilməz, yalnız vicdanım dayandıra bilər. Makron Rusiyasız Avropanı müdafiə etməyin çətinliyini anlayır və düşünürəm, bunu anladığı üçün Putinlə danışmaq istəyir. Amma gecdir, nəticəsi olmayacaq. Ola bilsin hər şey öncədən Putinlə Tramp arasında razılaşdırılıb. Avropanın yuxarıda qeyd etdiyim üç böyük ölkəsi, 450 milyonluq Avropa İttifaqı özünə inanmalı və daha cəsarətli siyasət yürütməli, hərbi sənayeni inkişaf etdirməlidirlər. Təhlükəsizlik məsələlərində vahid mövqedən çıxış etməyən Aİ üzvüləri İttifaqdan dərhal qovulmalıdı. Hazırda çevik, həm də ciddi qərarların qəbul olunması vaxtıdır. Bunun üçün Avropada güclü liderlər olmalıdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Yanvar 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri