Icma.az
close
up
RU
Qüdrət Həsənquliyev qanun layihəsi ilə bağlı təkliflə çıxış edib

Qüdrət Həsənquliyev qanun layihəsi ilə bağlı təkliflə çıxış edib

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Hörmətli sədr, həmkarlar, media nümayəndələri! Mən də qanun layihəsini dəstəkləyəcəyəm, amma 246-cı maddənin bir və ikinci hissələrinin sanksiyaları ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Bilirsiniz ki, herostratik şöhrət anlayışı var. Hələ eramızdan əvvəl Herostrat adında bir şəxs Efesdə dünyanın 7 möcüzəsindən biri olan Artemida məbədini yandırmışdı ki, tanınsın və tarixdə qalsın. Ona görə də pis və əxlaqsız işlər görməklə tarixdə qalmaq istəyən insanlar olub və bundan sonra da yəqin ki, olacaq. Belələri var”.
Xalqcəbhəsi.z xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, mədəni sərvətləri qəsdən korlayan şəxs ictimaiyyət üçün olduqca təhlükəlidir: “Ona görə ki, bu şəxslər bilirlər ki, həmin mədəni sərvətləri bərpa etmək mümkün olmur. Tutaq ki, hər hansı rəsm əsərinin üzərinə kimyəvi tərkibli maddələr atır, yaxud hansısa bir sənət əsərini məhv edir. Yəni bunların bərpa olunması mümkün olmur. Bu da həmin şəxsin son dərəcə ictimai təhlükəli bir şəxs olmasının gösətricisidir. Ona görə də bu normaların sanksiyaları alternativ cəzalar nəzərdə tutsa da, təklif edirəm ki, bu alternativ cəzalar olmamalıdır. Ümumiyyətlə, mən özüm xarakter etibarı ilə bir hüquqşünas olaraq hər zaman söyləmişəm ki, cinayətkarlığa qarşı mübarizədə cəzaların sərtləşdirilməsi yox, cəzanın labüdlüyünü təmin etmək lazımdır. Yəni cinayət törədən şəxs bilməlidir ki, o, hansısa bir cinayət hadisəsi törədirsə, rüşvət verməklə, yaxud kimlərinsə təsiri, himayəsi ilə o cinayət məsuliyyətindən yaxa qurtara bilməyəcək.
Yaxud da, əgər hüquq mühafizə orqanlarının peşəkarlığını şübhə altına alırsa, fikirləşirsə ki, onlar bu cinayətin üstünü aça bilməyəcəklər, onda insanlar bu hallarda cinayət törədirlər. Əlbəttə, sərt cəzalar təyin olunmalıdır. Xüsusilə də şəxsiyyət əleyhinə ağır cinayət törətmiş şəxslərə, o cümlədən bu cür mədəni sərvətləri qəsdən məhv edən insanlara.
Ona görə də hesab edirəm ki, burada sanksiya belə yazılmalıdır: Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, hörmətli Əli Hüseynli qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektə müraciət edə bilər ki, misal üçün birinci hissənin sanksiyası bu formada verilsin: 2 ilə qədər azadlıqdan məhrumetmə və cinayət nəticəsində vurulmuş ziyanın 2 mislinə qədər cərimə. Burada cərimə artıq əsas cəza növü kimi yox, əlavə cəza növü kimi nəzərdə tutulsun. Amma heç olmasa mədəni sərvəti korlayan və məhv edən şəxslər ən azından bilsinlər ki, onlar 2 il müddətinə azadlıqdan məhrum ediləcəklər. Mənim təklifim bundan ibarət idi. Diqqətinizə görə təşəkkür edirəm...”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Dekabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri