Icma.az
close
up
RU
Qüdrət Həsənquliyev: Ukraynanı Amerika xalqı xilas edə bilər MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: Ukraynanı Amerika xalqı xilas edə bilər MÜSAHİBƏ

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, 15 avqustda Trampla Putin arasında Ukraynanın taleyini həll edəcək danışıqlar olacaq. Gözləntiləriniz nədən ibarətdir?
-Orada danışıqlar yox, Ukraynanı kapitulyasiya aktına necə imza etdirmək barədə fikir mübadiləsi, məsləhətləşmələr olacaq. Trampa öz partiyasından Rusiyaya sanksiyalar tətbiq edilməsi istiqamətində ciddi təzyiqlər var. Bu danışıqlar Trampı təzyiqlərdən, Rusiyanı sanksiyalardan qorumağa, Putinə isə Rusiyanın özününkü elan etdiyi Ukraynanın 4 regionunu tam işğal etməyə kömək etməyə hesablanıb.

-Müharibənin uzanması Rusiyanın xeyrinədirmi? Axı, hamı Rusiya iqtisadiyyatının çöküşündən danışır.

-Hal-hazırda müharibənin davam etməsi Rusiyaya yeni ərazilər işğal etməyə imkan verir. Rusiyanın hələ bir müddət də müharibəni davam etdirmək imkanı var. Müttəfiqləri də əsgər göndərməklə belə ciddi kömək edirlər. Ukraynanın müttəfiqləri isə cəsarətsizdilər və ciddi kömək göstərməyə hazır deyillər. Bunu görən Ukrayna ordusu hər keçən gün daha çox demoralizasiya olur. Keçən il 100.000 (yüz min) əsgərə fərariliyə görə cinayət işi açılmışdıssa, bu ilin səkkiz ayında bu rəqəm 107 minə çatıb. Daha vətənpərvərlər və cəsurlar müharibənin ilk illərində həlak olub. Ruslar o torpaqları tutmaqda daha istəkli görünür, nəinki ukraynalılar onu qorumaqda. Ukraynalılar partizan müharibəsindən geniş istifadə etmirlər. Kiçik qruplarla düşmən arxasında nadir hallarda hərbi əməliyyatlar keçirirlər, düşmənin səfərbər olmasına imkan verməmək üçün intensiv əks hücumlar təşkil etmirlər. Onlar daha çox müdafiədə, səngərlərdə hava zərbələrindən itki verirlər. Bunu Rusiya görür və ona görə müharibəni dayandırmaq istəmir. Həm də Rusiya görür ki, Ukraynanın ərazi bütövlüyünə görə üzərinə Budapeşt memorandumunu imzalamaqla öhdəlik götürmüş super güclər bu gün Ukraynanı ərazi güzəştlərinə məcbur edir, hamı işğalla barışıb.

- Belə vəziyyətdə Ukrayna nə edə bilər?

-İlham Əliyev onlara nə etmək lazım olduğunu dedi. Mövcud şəraitdə ərazilərindən imtina etmədən atəşkəsə nail olmaq. Bu, Ukrayna üçün ən uğurlu yoldur. Ukraynalılar bilməlidirlər və yəqin ki, bilirlər, ABŞ-nin ciddi dəstəyi olmasa onlar müharibədə uğur qazana bilməz. Tramp isə heç bir halda onlara ciddi dəstək verməyəcək. Onlar atəşkəsə nail olub gözləməlidirlər.

-Tramp Nobel sülh mükafatı almaq üçün müvəqqəti atəşkəsə nail ola bilərmi?

-Bu məsələni də yəqin ki, müzakirə edəcəklər. Hətta buna gediləcəyi halda, bu, Ukraynanı geniş anlamda xilas etməyəcək. Həmişə demişəm ki, Ukraynanı Amerika xalqı xilas edə bilər. Onları Avropa liderləri, xüsusilə Britaniya , Almaniya və Fransa açıq çağırışları ilə hərəkətə gətirə bilər. Amma onlar nəinki Trampı görəndə, hətta onun adını eşidəndə həyəcan keçirirlər, ona görə qorxularından bunu etməzlər. Heç Trampın qorxusundan Ukraynaya ciddi yardım da edə bilmirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Avqust 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri