Icma.az
close
up
RU
“Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər” Qüdrət Həsənquliyev

“Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy,dünən ABŞ prezidenti ilə Zelenski arasında yaşanan gərginlik barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Bunun Putini yola gətirmək üçün razılaşdırılmış tamaşa olması ehtimalı 0.1 faizdir. Trampın Zelenskiyə nifrət etdiyi açıq-aydın görsənir və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün mümkün olan hər şeyi edəcək. Amma yalnız buna görə yox. Televiziyalar qarşısında Zelenskinin ,rəsmi qonağın alçaldılması da onu nüfuzdan salmağa “Putinin könlünü oxşamağa hesablanmışdı. Yəqin ki, sonra bir “əhsən” alması üçün Putinə zəng edib deyib ki, gördün onu nə günə qoydum. Müsahibələrimin birində demişdim ki, Tramp Rusiyanın müharibədə tam və qəti qələbə çalmasının çətinliyini görür və buna görə sülhə çalışır. Tramp ABŞ-nin müttəfiqləri və qonşuları ilə münasibətlərinin korlanması üçün də mümkün olan hər şeyi edir. Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər.

- Avropa ölkələrinin Ukraynaya köməyi artırması vəziyyəti dəyişə bilərmi?

- Birmənalı şəkildə yox. Avropa Rusiya qədər silah istehsal etmir və heç kim Ukrayna tərəfdən müharibəyə qatılmaycaq. Avropalılar heç bu gün əllərində olan silahın cüzi bir hissəsini belə Ukraynaya vermirlər. Rusiyadan qorunmaq üçün saxlayırlarsa, elə Ukrayna vuruşur da. Bundan başqa Tramp görsə ki, Ukrayna qalib gəlir, bütün vasitələrlə, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək. Onun başqa seçimi yoxdur.

- Bu halda Rusiya ABŞ-ni Çin ilə üz-üzə qoya , ABŞ vasitəsilə böyük qonşularını, məsələn, elə Çini, o cümlədən Türkiyəni, İranı qorxudub özünə tabe elətdirə bilərmi?

- Mümkün senaridir. Amma Türkiyəyə münasibətdə bu tam mənada alınacaqmı? 2016-cı ildəki Tramp prezidentliyi dövründə, Türkiyə rəsmilərinin verdiyi açıqlamalara görə ABŞ-nin də içərisində olduğu iddia edilən dövlət çevrilişi cəhdindən sonra, Rusiya -Türkiyə münsibətləri xeyli yaxşılaşdı və inkişaf etdi.

- Tramp Rusiyanı yenidən dünyanın əsas aparıcı dövlətinə çevirə bilərmi?

- Bunun üçün Rusiyanın indikindən çox güclü iqtisadiyyatı olmalı, ABŞ daxildən çökdürülməli, Çin zəiflədilməlidir. Tramp Rusiya iqtisadiyyatının dirçəlməsi üçün həmin ölkəyə böyük investisiyalar yatıra, müasir texnologiyalar verə və onun əsas rəqiblərinə isə iqtisadi sanksiyalar tətbiq edə bilər. Bu baş versə Putin dünyanın ən güclü siyasətçisi olduğunu təsdiq edəcək.

- Rusiyanın qələbəsini görən Çin bundan ruhlanaraq, Tayvana hücum edib ərazi bütövlüyünü bərpa edə bilərmi?

- Çinlilər çox müdrikdir və emosional qərarlar qəbul etmirlər. Məncə Çində də nə baş verdiyini anlayırlar. Ona görə Trampın prezidentliyi dönəmində buna getməzlər.

- Biz, hansı mövqedən çıxış etməliyik?

- ABŞ-dən aralı durmalı, nə müttəfiq, nə də düşmən olmamalıyıq. Rusiya ilə strateji tərəfdaşlığımızı davam etdirməli, Türkiyə ilə bütün istiqamətlərdə münasibətlərimizi daha da yaxınlaşdırmalı və iqtisadiyyatımızı inkişaf etdirməliyik. 3+3 formatında qonşu dövlətlərlə, Türk Dövlətləri Təşkilatı ilə əlaqələri və inteqrasiyanı sürətləndirməli, milli birliyimizi gücləndirməliyik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 Mart 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri