Icma.az
close
up
RU
Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər: Qüdrət Həsənquliyev

Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər: Qüdrət Həsənquliyev

Icma.az bildirir, Gununsesi portalına istinadən.

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib. 

Müsahibədə Rusiya-Ukrayna məsələsi ilə bağlı məqamlara aydınlıq gətirilib, bu savaşda bizim nə etməli olduğumuz bildirilib.

Gununsesi.info sözügedən müsahibəni təqdim edir:

– Qüdrət bəy, dünən ABŞ prezidenti ilə Zelenski arasında yaşanan gərginlik barədə fikirlərinizi bilmək maraqlı olardı…

– Bunun Putini yola gətirmək üçün razılaşdırılmış tamaşa olması ehtimalı 0.1 faizdir. Trampın Zelenskiyə nifrət etdiyi açıq-aydın görsənir və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün mümkün olan hər şeyi edəcək. Amma yalnız buna görə yox. Televiziyalar qarşısında Zelenskinin, rəsmi qonağın alçaldılması da onu nüfuzdan salmağa “Putinin könlünü oxşamağa hesablanmışdı. Yəqin ki, sonra bir “əhsən” alması üçün Putinə zəng edib deyib ki, gördün onu nə günə qoydum? Müsahibələrimin birində demişdim ki, Tramp Rusiyanın müharibədə tam və qəti qələbə çalmasının çətinliyini görür və buna görə sülhə çalışır. Tramp ABŞ-nin müttəfiqləri və qonşuları ilə münasibətlərinin korlanması üçün də mümkün olan hər şeyi edir. Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər.

– Avropa ölkələrinin Ukraynaya köməyi artırması vəziyyəti dəyişə bilərmi?

– Birmənalı şəkildə yox. Avropa Rusiya qədər silah istehsal etmir və heç kim Ukrayna tərəfdən müharibəyə qatılmaycaq. Avropalılar heç bu gün əllərində olan silahın cüzi bir hissəsini belə Ukraynaya vermirlər. Rusiyadan qorunmaq üçün saxlayırlarsa, elə Ukrayna vuruşur da. Bundan başqa Tramp görsə ki, Ukrayna qalib gəlir, bütün vasitələrlə, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək. Onun başqa seçimi yoxdur.

– Bu halda Rusiya ABŞ-ni Çin ilə üz-üzə qoya , ABŞ vasitəsilə böyük qonşularını, məsələn, elə Çini, o cümlədən Türkiyəni, İranı qorxudub özünə tabe elətdirə bilərmi?

– Mümkün ssenaridir. Amma Türkiyəyə münasibətdə bu tam mənada alınacaqmı? 2016-cı ildəki Tramp prezidentliyi dövründə, Türkiyə rəsmilərinin verdiyi açıqlamalara görə ABŞ-nin də içərisində olduğu iddia edilən dövlət çevrilişi cəhdindən sonra, Rusiya-Türkiyə münsibətləri xeyli yaxşılaşdı və inkişaf etdi.

– Tramp Rusiyanı yenidən dünyanın əsas aparıcı dövlətinə çevirə bilərmi?

– Bunun üçün Rusiyanın indikindən çox güclü iqtisadiyyatı olmalı, ABŞ daxildən çökdürülməli, Çin zəiflədilməlidir. Tramp Rusiya iqtisadiyyatının dirçəlməsi üçün həmin ölkəyə böyük investisiyalar yatıra, müasir texnologiyalar verə və onun əsas rəqiblərinə isə iqtisadi sanksiyalar tətbiq edə bilər. Bu baş versə, Putin dünyanın ən güclü siyasətçisi olduğunu təsdiq edəcək.

– Rusiyanın qələbəsini görən Çin bundan ruhlanaraq, Tayvana hücum edib ərazi bütövlüyünü bərpa edə bilərmi?

– Çinlilər çox müdrikdir və emosional qərarlar qəbul etmirlər. Məncə, Çində də nə baş verdiyini anlayırlar. Ona görə Trampın prezidentliyi dönəmində buna getməzlər.

– Biz hansı mövqedən çıxış etməliyik?

– ABŞ-dən aralı durmalı, nə müttəfiq, nə də düşmən olmamalıyıq. Rusiya ilə strateji tərəfdaşlığımızı davam etdirməli, Türkiyə ilə bütün istiqamətlərdə münasibətlərimizi daha da yaxınlaşdırmalı və iqtisadiyyatımızı inkişaf etdirməliyik. 3+3 formatında qonşu dövlətlərlə, Türk Dövlətləri Təşkilatı ilə əlaqələri və inteqrasiyanı sürətləndirməli, milli birliyimizi gücləndirməliyik.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Mart 2025 01:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri