Icma.az
close
up
RU
Qüdrəti ilə öyünən bir dövlət öz başçısını niyə qoruya bilmədi? VİDEO

Qüdrəti ilə öyünən bir dövlət öz başçısını niyə qoruya bilmədi? VİDEO

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Fevralın 28-də başlayan və getdikcə daha da qızışaraq regional miqyas kəsb edən ABŞ-İsrail və İran müharibəsinin hələlik ən mühüm nəticəsi İranın ali lideri ayətullah Əli Xameneinin öldürülməsidir. Hərbi əməliyyatların elə ilk saatlarında onun "Beyt-e rəhbəri" adlanan ofisinə endirilən hava zərbələri bir çox yaxınları və silahdaşları ilə birgə, Xameneinin də həyatına son qoydu. Onun ölməsi barədə məlumatlar fevralın 28-də bütün gün ərzində dolaşsa da, İran rəsmiləri hər dəfə bunu təkzib etdilər. Yalnız martın 1-də səhər tezdən dövlət televiziyası Xameneinin "şəhid olduğu" barədə Ali Milli Təhlükəsizlik Şurasının rəsmi məlumatını yaydı".

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

Qüdrəti ilə öyünən bir dövlət öz başçısını niyə qoruya bilmədi? - VİDEO

"Xameneinin sonuncu görüşdüyü iki şəxsdən biri olan Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin verdiyi açıqlamaya görə, ali lider sığınacaqda gizlənmək təklifindən imtina edib, bir növ könüllü şəkildə "şəhid olmaq" yolunu seçib. Amma niyə? Axı hələ ötən ildən ABŞ və İsrailin onu aradan götürmək planlarının olduğu hər kəsə məlum idi. Hər halda, tərəfdarları və pərəstişkarları onun şüurlu şəkildə imam Hüseyn yolunu seçdiyinə inanırlar. Lakin məsələyə başqa yanaşma da var.

Necə oldu ki, özünün qədim tarixi və hazırkı qüdrəti ilə öyünən bir dövlət öz başçısını qoruya bilmədi? Düşmənin nə qədər güclü olmasından asılı olmayaraq, bu, dövlət adına rüsvayçılıq deyilmi? Harada idi İslam Respublikasının sayı-hesabı bilinməyən güc və təhlükəsizlik strukturları? Amma nə qədər qəribə görünsə də, bu sualların ünvanı elə Xameneinin özüdür. Çünki 1989-cu ildən ali lider postunu tutan, daha əvvəl də səkkiz il İran prezidenti olan Xamenei sözün həqiqi mənasında, hazırkı İran rejiminin qurucusudur" , - deyə materialda bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Mart 2026 02:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri